Azərbaycanda “Youtube” niyə gec açılır?

2-3 gündür Azərbaycanda Youtube videolarının açılmasına problemlər yaşanır.  Sürətli internet xidmətindən istifadə edən dostlarım da Youtube videolarının gec yüklənməsindən şikayətlənirlər.

Youtube niyə gec açır?

Azərbaycanda parlament seçkiləri yaxınlaşır. Məncə indiyənədək Azərbaycanda normal çalışan Youtube’nin problem yaşamasına səbəb məhz siyasi səbəbdir. Çünki normal çalışan bir video sistem birdən- birə gec, problemlərlə işləyə bilməz. Əgər işləsə də bu barədə qurum özü rəsmi açıqlama verməlidir. Amma indiyənədək heç bir açıqlama və xəbərdarlıq edilməyib.

Ümumilikdə isə hökümətin siyasi sayt bağlama (www.susmayaq.biz;  http://www.tinsohbeti.com) təcrübələri var. Bir neçə ay bundan öncə AXC sədri Əli Kərimliyə məxsus WordPress bloqu da dağıdılmışdır.  İndi də düşünürəm ki, Youtube Azərbaycan tərəfindən ləngidilir. Dəfələrlə Azadlıq qəzetinin saytı dağıdılıb. Son aylarda isə Azadlıq Radiosunun saytının işləməsində problemlər yaranmışdır.

Youtube: şikayət

Youtube’nin gec açılması ciddi bir problemdir.Bu problem  ictimailəşməlidir. Bununla jurnalist, hüquqmüdafiə və internet təşkilatları maraqlanmalı və ictimaiyyətə açıqlama verməlidirlər.

6 Cavab to “Azərbaycanda “Youtube” niyə gec açılır?”

  1. xedicehacili Says:

    Elə bunu oxuyub, bir YouTube videosu açdım, normal yükləndi.
    Mənim xəbərim yoxdu bu problemdən. Amma kütləvidisə bir şey eləmək lazımdı.

  2. Mecid Says:

    esssi delinin yadina das salmiyin,gucnende olsa acilir.Bu debillerin aglina gelmiyib hele yagin,yoxsa indiye kimi baglayardilar.Arqumentleride o olacaqdiki turkiyde bele baglayiblar.

  3. Anar Says:

    Yutub (“YouTube”) əvvəldən də gec açılırdı, amma problem materialın gec yüklənməsində yox, saytın açılmasındadır. İstənilən videonu açmaya bilər, bu bəlkə də saytın çox yüklənməsi ilə əlaqədardı, ancaq elə bir yerdə yaşayırıq ki….

  4. Böcək Says:

    Çox yaxşı olardıki , hərə öz bildiyindən yazsın. Siz elə siyasətdən də yazın. Onları oxumaq daha maraqlı olur. Yoxsa texnologiya haqqında yazmayın, hələ texnologogiyanı belə israrla siyasiləşdirməyin. Adamın oxuyanda gülməyi gəlir.

Bir şərh yazın