Bloggerlər və Eynulla Fətullayev barədə

22 iyulda Azərbaycanda milli mətbuatın 135 illik yubileyi qeyd ediləcək. Bu gündə bloggerlərin azad edilməsi dəqiqdir. Hillari Klinton Bakıda bloggerlər məsələsini həll edib və rahat gedib.

Ola bilər ki, hökümət Eynulla Fətullayevi də azad etsin. Çünki, hüquqi prosedur bunu tələb edir.

YM: Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il aprelin 22-də birinci iki iş üzrə Fətullayevin ədalətli mühakimə hüququnun pozulduğunu tanıyıb, onun dərhal azadlığa buraxılmasını tələb edib, jurnalistə 25 min avro təzminat ödənilməsi haqda qərar qəbul edib. Hakimiyyət dairələri üç ay müddətində Avropa Məhkəməsinin Böyük Palatasına şikayət veriləcəyini açıqlayıblar. Üç aylıq müddət iyulun 21-də başa çatır.

Hökümət Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından şikayət verməyib. Çox güman Avropada biabır olmaqdan qorxan hökümət bu addımı atmayıb.

Baxaq görək nə olur. Məncə Eynulla Fətullayevi azad edib, müalicə adıyla ölkədən çıxaracaqlar və bir daha onu Azərbaycana gəlməyə imkan verməyəcəklər.

Kim nə edir, nə deyir desin! Amma Eynulla Fətullayevlə fəxr etməyə dəyər. Ona olan təyziqlər heç kimə olmadı. Ona təklif edilən şeylər heç kimə təklif edilmədi… Amma Eynulla bütün ağırlıqlara, çətinliklərə tab gətirdi, dözdü. Vicdanını, qürurunu alçaltmadı! Onunla ancaq fəxr etmək, öyünmək olar!

3 Cavab to “Bloggerlər və Eynulla Fətullayev barədə”

  1. Fərid Says:

    Bloggerlər doğrudan çıxırsa çox sevindim

  2. Anar Says:

    Görəsən Eynulla özünə “bütün bunları niyə edirəm?” sualını verir? Əgər verirsə, görəsən bu sualı necə cavablayır?

    • menasiz Says:

      ela yazdin…
      deyerini anlamayan bir milletcun hec ne yaramaz…
      bu guncun aktiv movzu olduguycun Eynulla daniwilir, fexr edilir..
      bir muddetden sonra ise o da unudulacaq, hec adi xatirlanmayacaq.. nece ki, Ramil Seferovun iwine xitam verildikden sonra hec adi bele cekilmir, halbuki olke seviyyesinde,dunya seviyyesinde vetenperverlik gostermiwdi…
      ewwiii, neyse…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: