Rövşən Hüseynov haqda…

rovshan754_n

22 yaşlı Rövşəni hadisə baş verən günü tanımışdım. Facebook vasitəsiylə… Özü əmliyyatda idi, onun üçün yaxın dostları, qardaşları qan axtarırdılar…

*

Balaca şəhərdə heç onunla rastlaşmamışdım da. Şəxsən tanımırdım. Yaxşı adamlardan Rövşən haqda 2-3 cümlə yaxşı sözlər eşitmişdim. Bəlkə 22 yaşlı gənc haqda pis nəsə fikirləşim? Mümkün deyil… Dünən Rövşən vəfat etdi. Mənsə oturub yaxşı adamın komadan ayılacağını, FB-da “Şükürlər Allaha, sağaldım. Hamıya dəstək üçün çox sağol deyirəm” yazmasını gözləyirdim! Sonra ziyarət etmək və s.  Dostlarının Yaxşı adam kimi tanıdığı Rövşənlə tanış olacaqdım… Nəsə alınmadı… Nələrsə yazmaq, özümü rahatlamaq istəyirəm. Alınmır! Hamı kimi “Allah rəhmət eləsin” deyirəm. Başqa nə edə bilərəm? Əlimdən nə gəlir ki? Heç nə! Ölüm onu da 22 yaşında apardı… Oyun yarımçıq qaldı…

Bir şərh yazın