Bakıda zəlzələ olub…

AzTV demiş: səhər RADƏLƏRİNDƏ Bakıda zəlzələ olub. Çoxunun bundan heç xəbəri yoxdur.  Ümumiyyətlə çoxunun çox şeydən xəbəri yoxdur.  Zəlzələ idarəsində (xalq arasında belə tanınır…) işləyən dostum isə belə deyir: “Yerli vaxtla 09:53 – də Xəzər dənizində, Bakı şəhərindən 50 km şimalı-şərqdə, 2-3 bal gücündə zəlzələ baş vermişdir. Bakı şəhərində 3.0 bala, Pirallahı adasında 2.0 bala qədər hiss edilmişdir. İnsan təlafatı və tikililərdə dağıntı yoxdur.”

Amma dostum qələt edir. Ən azı 5 bal zəlzələ olub. İnanmırsınızsa sabah Yeni Müsavat qəzetinə baxarsınız. Ya da ANS göstərəcək.

3 bal… Yox bir… Hani bəs deyirdilər ki, bizim oğru məmurların tikdirdiyi binaların 3 bal zəlzələlik canı var? Hani zəlzələ də oldu, rüşvətlə tikilən bircə hərəmxananın daşı da yerindən oynamadı?

Əslində Zəlzələ zad olmayıb… Türkiyə İsraellə dirəşib. Mosadda düşüb bizim üstümüzə. Biz yazıq… Yəni Mosad xəbərdarlıq edir ki, Azərbaycan sən Türkiyəyə baş qoşma, yoxsa səni bloka salıb çiliyərik… Bu da zəlzələ ilə bağlı bir versiyadır!

Zəlzələ oldu lap bezirəm. İndi hamı daraşıb it, pişik alacaq. Keyfdir…

Bir şərh yazın