Los Angeles gündəlikləri

Mart 24, 2012

Komp-da fotolara baxıram. Los Angelesdə olduğum müddətdə (2011) xeyli maraqlı fotolar çəkmişəm.  Fotolar indi mənə gördüklərimi yazmağa yardım edəcək. Los Angelesdə gördüklərimi yazacam. Bu barədə səfərdən öncə düşünmüşdüm. Sonra düşündüm ki, məhz ABŞ, Los Angeleslə bağlı bir xeyli kitab oxuyum, yazarlar nədən yazıblar və necə yazıblar. Amma indi düşünürəm ki, nə yaxşı bu barədə tərəddüt etmişəm və oxumamışam. Çünki oxuyacaqlarım kitablardan təsirlənib yazılarımın səmimiyyətini itirə bilərdim. Sevinirəm ki, oxumadım. Los Angeles gündəlikləri maraqlı olacaq. Fotolardan əlavə apardığım qeydlərim də mənə yardım olacaq.

Los Angeles maraqlı yerdi. Şəhəri ermənilər zarafatca Los Armenios adlandırırlar 🙂 Bu sadəcə blog oxuyanlar üçün qeyddir. Yaxın günlərdə fotolardan istifadə etməklə ilk yazını yazacam…

Mən necə qoyun oldum? (Birinci yazı)

Mart 16, 2012

… Məni də ana doğub. Mənim də atam var… Mən əvvəllər adam, insan olmuşam. Normal da adam idim. Danışıb, gülürdüm. Düşünə, sual verə bilirdim… Etiraz etməyi də bacarırdım. Uşaqlığım da maraqlı keçib. Məktəbdə, küçədə xeyli dostlarım olub. Onlarla oynayıb, əylənmişəm…. Söhbət etmişəm… Mən birdən- birə qoyuna çevrilmədim… Bu yazının qalanını oxu »

Spermaya baş əyəkmi?

Mart 14, 2012

Universitetdə ərəb dili dərsi idi, qızlar sinifdə yox idi. Nədənsə dərsdə söhbət spermadan düşdü. Uşaqlardan biri dedi ki, müəllim… Burda nə var ki? Niyə spermadan danışmaqdan utanırıq? Axı hamımız atamızın spermasından yaranmışıq. Hər kəs gülməyə başladı. Müəllim dedi ki, hə, hamımız spermadan yaranmışıq. Amma

Bu yazının qalanını oxu »

Məmməd Süleymanovun sevdiyi 10 film (Siyahı)

Mart 12, 2012

Yazaların, ictimai xadimlərin sevdiyi 10 filmləri blogda yazmaqda davam edirəm. Hacı Zamin, Aygündən sonra solçu yazar Məmməd Süleymanovun da sevimli 10 filmi yazıram. Əla filmlərdi… Mütləq tapıb baxın:
Bu yazının qalanını oxu »

Dinlədiyim mahnı bir neçə remixdə

Mart 8, 2012

Son zamanlar ən çox dinlədiyim mahnılar gənc ifaçı və bəstəkar Gotye-nin ifasında olan “Somebody That I Used To Know” mahnısıdı. Gotye-nin digər mahnıları da əladı… Amma mənim ən çox sevdiyim “Somebody”di. Həm də sevdiyim remixlər:

Bu yazının qalanını oxu »

Dissident Əbülfəz Qurbanlı üçün…

Mart 7, 2012

Öldürülmüş jurnalist Elmar Hüseynov yazırdı ki, biz jurnalist deyilik, biz partizanlarıq… XXI əsrdə Azərbaycanda vəziyyət yenə də bərbad olaraq qalıb. Eurovision keçirməklə deyil. Günün günorta çağı insanları aksiya etdiklərinə görə döyə- döyə polis bölmələrinə aparıb, orda da döyürlər. Martın 6-da AXCP fəalı Əbülfəz Qurbanlı polis tərəfindən işgəncəyə məruz qalıb. Onun bədəninə elektrik cərəyanı vurublar.
Bu yazının qalanını oxu »

Quba üsyanı və Üzeyir Mehtizadə fanatı…

Mart 5, 2012

Martın 1-də Qubada üsyan oldu. Quba hadisələriylə bağlı ilk videonu Youtube-də AzkingBOY nickli bir nəfər yüklədi. Bu videonu demək olar ki, bütün Azərbaycan izlədi. Rusiya, Türkiyə və başqa xarici ölkə kanalları nümayiş etdirdi. AzkingBOY-un Youtube kanalına baxanda aydın olur ki, AzkingBOY siyasətə, ictimai işlərə qarışmayan adamdı. Özü üçün başını aşağı salıb yaşayır. Diqqət etsəz görərsiz ki, Youtube kanalına yüklədikləri videolar içərisində Üzeyir Mehtizadənin mahnısı da var.

Bu yazının qalanını oxu »

İki mahnı

Mart 5, 2012

Kinoşünas Aygün Aslanlının sevdiyi 10 film – siyahı

Mart 3, 2012

Bir həftə öncə yazar Zamin Hacının sevdiyi 10 filmin siyahısını yazmışdım. Bu dəfə gənc kinoşünas Aygün Aslanlının sevdiyi TOP10 filmlərini yazıram. Aygün Aslanlının siyahısında çox gözəl zövqlü, mütləq baxılmalı filmlər var. Buyurun:

Bu yazının qalanını oxu »

Ziya Məmmədovun Qubada nə iti azıb?

Mart 2, 2012

Quba hadisələri zamanı Nəqliyyat Naziri Qubaya getdi. Sizcə niyə? Niyə məhz Ziya Məmmədov Qubaya getdi? Səbəb nədir?

İcra başçısının evi yandırılıdı 2 Yeni VİDEO

Mart 1, 2012

Protest action in Guba

Bu yazının qalanını oxu »

Adsız yazı #1

Fevral 28, 2012

Demək olar ki, hər səhər Azadlıq qəzeti alıb, Elnur Astanbəylinin, Şahvələd Çobanoğlunun və başqalarının yazılarını oxuyuram. Yalanlar, yaltaqlıqlar içində olan cəmiyyətdə həqiqətləri oxumaq özü zövqlüdür. Adamlar var ki, Azadlıq qəzetini oxumağa belə qorxurlar. Qəzetin adını görüb pişiyə dönən adamlar da çoxdu. Qəzet alıb oxumağa qorxan adamlar Qurani Kərimi hansı cəsarətlə oxuyurlar? Mən bunu da başa düşmürəm…  Bu yazının qalanını oxu »

Seçmək barədə…

Fevral 24, 2012

Çoxları seçkinin əhəmiyyətinə varmır, ciddi yanaşmır. Düşünün ki, sizin seçmək hüququnuz, haqqınız yoxdur. Olanla barışmaq məcburiyyətindəsiniz.  İnsanın doğulandan seçmək hüququ var. Məsələn o gün mən çay içəndə qəddandan qənd seçirdim. Bu da seçmək haqqıdır. Biri də var poxu qoyurlar qabağınıza deyirlər ki, çayla bunu iç! Bu yazının qalanını oxu »

Kor kişi üçün Jalə şirələri…

Fevral 21, 2012

Deyirlər ki,  ölkədə güclü göz xəstəlikləri sağaldılır, oftomologiya zad var… Hanı bəs? İnsanların gözünün açıldığı bir vaxtda Koroğluya heykəl qoyuldu, təntənəli açılış edildi. Bu ölkədə bir dənə oftomoloq tapılmadı ki, Koroğlunun atasının – Alı kişinin gözlərini açsın? Oftomologiya elminin inkişaf etdiyi bir dönəmdə ölkədə KOR adam olmamalıydı.  Baş açmaq olmur… Oftomologiyanın işə yaramadığı ölkədə kor adamların gözünü bəlkə JALƏ şirələri aça bilər? Camaatı kor edirlər, sonra bu münasibətlə Koroğlu heykəli qoyurlar…

Kənd mollasının nağılı…

Fevral 21, 2012

Söz, ifadə azadlığından istifadə edib bir lətifəni yazmaq qərarına gəldim:

Bu yazının qalanını oxu »


%d bloqqer bunu bəyənir: