Archive for İ

Bağışla məni, Elton John!

Noyabr 13, 2012

Sir  Elton Johnun Bakı konsertinə bilet də var idi. Tanışlardan kimsə vermişdi. Amma o zaman hamı deyirdi ki, Elton petuxdu, kişi deyil. O nə oxuyacaq? Nə konsert verədək? Özünə hörmət edən adam onun konsertinə getməz. Mən də getmədim… Zaman keçdi, Elton Johnun bütün mahnılarını dinlədim. Gözəl, savadlı, zövqlü musiqiçi olduğunu dərk etdim. Sonra konsertə getmədiyim üçün eşşək olduğumu hiss etdim. Anladım ki, adam olmaq cinsiyyət məsələsi deyil, şəxsiyyət məsələsidir. Qısası, ən böyük əxlaq, ən böyük mədəniyyət seçim azadlığı və ona qoyulan hörmətdir. Bağışla məni Elton, sənə hörmətsizlik etmişəm!


%d bloqqer bunu bəyənir: