Archive for İ

Fağır prezident barədə 11 cümlə…

İyun 23, 2012

Bugün Elçibəyin doğum günündü… Elçibəy pis- yaxşı bu ölkənin prezidenti olub. Amma adamın haqqı hələ də verilmir. Elçibəyi söymək, təhqir etmək, dalınca danışmaq çox asan və sadə şeydi.  Həm də qorxusuz… Bunu hamı, hər gün edir. Heydər Əliyevin yanında pişik balasına dönən insanlar Elçibəyə «Keçibəy» deyirlər… Amma nə olur olsun Elçibəy səmimiyyəti unudulmazdı… Mənim üçün ən əhəmiyyətli səmimiyyətdi… O da Elçibəydə var idi… Heç nə yox, onun xalq barədə «Nə edək? Olanımız budu… Gedib Fransadan xalq gətirəsi deyilik ki…» cümləsi nəyə desən dəyər…


%d bloqqer bunu bəyənir: