Təşkilatçı: «Duman»dan sonra Emre Aydın, Cem Yılmaz gələcək…

Duman qrupunun konserti. Foto: Fuad Hacıyev (Ssenari Ad & PR Agency-page)

Bir neçə gün öncə Türkiyənin məşhur rok qrupu “Duman”  Bakıda konsert proqramı ilə çıxış edib. Konsertdən sonra təşkilatçı Ssenari Production şirkətinin direktoru Anar Əsgər bloguma qısa müsahibə verib.  Anar konserdən və gələcək planlardan danışıb:

– Təşkilatçı kimi konsertdən razı qaldınızmı ?

– Bu tip konsertlərin təşkili kənardan sadə görünə bilər. Amma reallıqda çox çətin prossesdir. Yaxın dostlarım son aylar ərzində bu işə nə qədər vaxt sərf etdiyimin şahidi oldular. O qədər maraqlı hadisələr gəldi ki başıma bu haqda film çəkmək qərarına gəlmişəm. Mən özüm də “Duman” qrupunun pərəstişkarıyam və konsert vaxtı ora bura qaçmaqdan bir çıxışını belə sonacan izləyə bilmədyim üçün təəssüf edirəm. Ümumi götürsək konsertdən çox razı qaldım.

– Bəs Duman? Konserdən razı qaldımı? 

– Duman qrupu da konsertdən çox razı qaldı. Birincisi onların sifariş etdikləri “rider” (səs, işıq, səhnə sistemi) birə bir bütün standardlara cavab verirdi və konsert boyu sadaladığım şeylərdə heç bir problem çıxmadı. İkincisi qrupun konsert sonrakı təəsüratlarına görə Bakıda bu qədər pərəstişkarlarının olması və mindən çox insanın konsertin sonuna qədər bütün mahnıları qrupla birgə oxumasına inanmırdılar. Bir sözlə tamaşaçıları çox sevdilər.

– Bəzi tamaşaçılar konserdən narazı olduqlarını deyirlər. Konkret VİP sektorundandır narazılıqlar. Nə baş vermişdi? 

– İnternetde, sosial şəbəkələrdə paylaşılan şərhlərə və ümumi təəsuratlara diqqət yetirəndə konsertdə iştirak edən insanların əksəriyətinin konsertdən çox razı qaldıqlarını görmüş oluruq. Hələ də bizə bu konserti təşkil etdiyimizə görə təşəkkür edən insanlar var. VİP sektorda problemlər yaşandığını bilirəm bunun da səbəbi var idi. Qrupun menicmenti ilə öncədən bu sektorun olacağı haqqında razılıq əldə etmişdik amma son anda Duman qrupu səhnə arxasında hazırlaşdığı vaxtda VİP sektoru ləğv etməyi tələb etdi. Qrupun solistinin sözləri: «Arxada coşan insanları önə buraxın yoxsa səhnəyə çıxmırıq!» Belə desək 20 dəqiqəlik yalvar yaxardan sonra baryerləri ləğv etməkdən başqa heç bir seçimimiz qalmamışdı. Rokçuların öz kaprizləri olur xüsusi ilə də «Duman»-nın.

– Növbəti planlarınız nədir?

– Növbəti plan Emre Aydındır… Artıq ilkin danışıqlara başlamışıq. Yaxın zamanlarda mətbuata geniş məlumat veriləcək… Bu konsertin də izdihamlı keçməsini gözləyirik. Azərbaycanda Emre Aydın sevənlər çoxdur və bizdən konsert tələb edirlə. Daha sonra da Cem Yilmazın Azərbaycana gəlməsini gözləyirik 🙂 Cem Yılmazın artıq yeni stand up-ları var.

Bir Cavab to “Təşkilatçı: «Duman»dan sonra Emre Aydın, Cem Yılmaz gələcək…”

  1. birisi Says:

    Salam, Ssenari Production Sebnem Ferah’i da getirirse cok seviniriz.

birisi üçün bir cavab yazın Cavabı ləğv et