Archive for İ

Təşkilatçı: «Duman»dan sonra Emre Aydın, Cem Yılmaz gələcək…

Aprel 17, 2012

Duman qrupunun konserti. Foto: Fuad Hacıyev (Ssenari Ad & PR Agency-page)

Bir neçə gün öncə Türkiyənin məşhur rok qrupu “Duman”  Bakıda konsert proqramı ilə çıxış edib. Konsertdən sonra təşkilatçı Ssenari Production şirkətinin direktoru Anar Əsgər bloguma qısa müsahibə verib.  Anar konserdən və gələcək planlardan danışıb:

– Təşkilatçı kimi konsertdən razı qaldınızmı ?

(more…)

Advertisements

Rüşvətxor müəllim şeiri

Aprel 10, 2012

Ey hörmətli müəllim!
Hər yerində cibin var.
Bizdən pul istəməyə
2metrə dilin var…

… Bastırdığın pulların
İnan küpəsi sınmaz.
Mən ölüm, heç onları
Nəvələrin də tapmaz.

Gündən-günə çoxalır
Banklarda hesabın.
Valideyn isə tapmır
Nə paraşok, nə sabun.

Mən rüşvəti öyrəndim.
Tanıyır ellər məni.
Heç əlimnən düşməyir
Qalın rüşvət dəftəri.

Bu ölkənin sabahı
İnan asılıdır səndən.
Sən də atsan rüşvəti
De kimnən öyrənim mən?! 🙂

Qırmızı ayaqqabı, qırmızı kəmər

Aprel 10, 2012

Küçələrdə qırmızı ayaqqabılılar, qırmızı kəmərlilər çoxalıb! Qırmızı ayaqqabı da, kəmər də normaldı. Amma bu kütləvi hal alanda adam iyrənir… Kütlə üçün bu dəb çox normaldı. Bildiyim qədəriylə Space TV-də  gedən hansısa Hindistan serialı gənc oğlanları “qırmızı”laşdırıb… Gör indi gənclər nə gündədirlər ki, Hind serialları onlara təsir edə bilib. Bu biabırçılıqdır.
(more…)

Uşaqlıqda yubka geyinən azərbaycanlı kişilər

Aprel 4, 2012

Sözsüz debilizim baş alıb gedir. Ölkədə təhsilin səviyyəsizliyi artıq özünü göstərir. Ölkə artıq mamont insanlarla, kubik başlarla dolub. Normal danışmağı, ünsiyyət qurmağı bacarmayan insanlar artıq virus kimi yayılıb. İbtidai düşüncəylə fəxr edən ikiayaqlı mamontlar artıq hücum da edirlər. Rahatlıq üçün şortik geyinən azad, sərbəst insanlara müdaxilə edirlər. Burda sözsüz qısqanclıq var. Şortik geyinməkdən utanıb, amma bunun üçün ürəyi gedən insanların narahatlığını, içlərində nəyinsə qaldığını türklər demiş hər kəs FARK edir. Uşaqlıqda sünnət edilib, QIRMIZI YUBKA geydirilən adamlar böyüyüb başqalarına söz atırlar. İttiham edirlər. Savadsız sürü çox narahatdır.

Özlərinə də milli mentalitetlə, milli dəyərlərlə haqq qazandırırlar. İnsanlar nə istəyir, necə istəyir geyinirlər! Əcəb edirlər!


%d bloqqer bunu bəyənir: