Mən necə qoyun oldum? (Birinci yazı)

… Məni də ana doğub. Mənim də atam var… Mən əvvəllər adam, insan olmuşam. Normal da adam idim. Danışıb, gülürdüm. Düşünə, sual verə bilirdim… Etiraz etməyi də bacarırdım. Uşaqlığım da maraqlı keçib. Məktəbdə, küçədə xeyli dostlarım olub. Onlarla oynayıb, əylənmişəm…. Söhbət etmişəm… Mən birdən- birə qoyuna çevrilmədim…

Hər şey yavaş- yavaş oldu. Əvvəlcə televizorun qabağında 1-2 saat otururdum. Hiss edirdim ki, məndə nəsə dəyişir. Bədənimdə, başımda qəribə bir yorğunluq hiss edirdim. Günlər keçdikdə TV qarşısında daha çox oturduğumu hiss etdim. Bir gün məni yuxu apardı… Yuxudan ayılanda  artıq gec idi. Televizor – yəni sehirli qutu artıq məni qoyuna çevirmişdi. O zaman peyk antenaları, kompyuter yox idi. Televiziya kanalları adamları daha tez qoyun edə bilirdilər. Televiziyaların gücü ondan ibarət idi ki, QOYUN etdikləri adam bir daha adam ola bilmirdi. Qoyuna çevrilənlər elə ölənə kimi qoyun olaraq qalır. Elə mənim kimi… Mən adi bir qoyunam!

Əsas məqsədim qarnımı otarmaqdı. Qarnım üçün çalışıram. Otlamaq üçün hara gəldi gedirəm. Bəzi insanlar kimi heç bir məqsədim yoxdur. Ən böyük məqsədim bir qarın otdu. Otum olsun bəsdi.  Başımı da aşağı salıb özüm üçün yaşayıram. Heç kimə də qoşulmuram. Axı mən qoyunam.  Qoyun olmaq çox rahatdı. Heç bir məsuliyyətin, qayğın, əzabın, əziyyətin, problemin yoxdu. Heç nəyin yoxdu:  Problemlərin kimi… Qoyun oldunsa hər şey qaydasına düşür.

Qoyun olmağın daha bir üstün cəhəti də var: əsəblərin yerində olur. Heç əsəbləşmirsən! Məsələn o gün 1 saat Basində avtomobil tıxacında qalmışam. Hamı siqnal verir, tələsir. Amma mənim heç vecimə də deyil. Heç narahat olmuram.  Niyə də narahat olum? Yolda tıxac varsa deməli belə məsləhətdi. Belə də olmalıdır.  Maşın varsa tıxac da olmalıdır. Qoyun olsam da bilirəm ki, bütün dünyada belədi. Bütün dünyada tıxac var. Tək bizdə deyil ki. Tıxac varsa maşın sürməsin insanlar! O boyda körpülər tikiblər də, gedib körpülərdə sürsünlər də maşınları. Nə var gəliblər yolda sürürlər? Körpülər nə üçündü bəs? Heç başa düşmürəm…

Ardı olacaq…

Advertisements

2 Cavab to “Mən necə qoyun oldum? (Birinci yazı)”

  1. orkhan Says:

    yadımdandı məni aztv qoyun elədi , düşdüm çollərə indi moskvada göyərti satıram.

  2. Elcin Says:

    🙂 men de qoyun olmaq isteyirem

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: