Dissident Əbülfəz Qurbanlı üçün…

Öldürülmüş jurnalist Elmar Hüseynov yazırdı ki, biz jurnalist deyilik, biz partizanlarıq… XXI əsrdə Azərbaycanda vəziyyət yenə də bərbad olaraq qalıb. Eurovision keçirməklə deyil. Günün günorta çağı insanları aksiya etdiklərinə görə döyə- döyə polis bölmələrinə aparıb, orda da döyürlər. Martın 6-da AXCP fəalı Əbülfəz Qurbanlı polis tərəfindən işgəncəyə məruz qalıb. Onun bədəninə elektrik cərəyanı vurublar.

Polislər ilk dəfə deyil ki Əbülfəzi döyürlər. Əbülfəz saysız- hesabsız həbs edilib, məhkəmələrə çıxarılıb.  Amma qorxmadan, çəkinmədən, ehtiyat etmədən yenə də azadlıq, demokratiya, vətəndaşlıq üçün öz mübarizəsini qürurla davam etdirir. Əbülfəz və onun kimilər bugün Azərbaycanda insanlanlığı, vətəndaşlığı qoruyub saxlayırlar. SSR qoşunları Çexoslavakiyaya girəndə cəmi 4-5 nəfər Sovet qoşunlarına etiraz edərək Qırmızı Meydana daxil olmuşdular.  Məhz həmin 4-5 nəfər SSR-də vicdanlı insanların olduğunu göstəricisi idi. Yəni 4-5 nəfər də olsa SSR-yə etiraz edirdi!
***
Bunca repressiyalara baxmayaraq Əbülfəz bugün də öndədir! Azad fikirlər, kəlmələr söyləyir. Azadlıq bağırır! Əbülfəz dissidentdir! Bəli, dissident! Niyə də yox? Dissident olmaq üçün nə lazımdı? Qəddar rejim? Döyülmək? Öldürülmək qorxusu? Repressiya? Təhdid? Təhqir? Həbs? Demək olar ki, Əbülfəz bunların hamısını yaşayıb və yaşamaqda davam edir və mübariz aparır, M Ü B A R İ Z Ə! Dissident kimi… Qorxmadan, çəkinmədən!
***
Məncə Azərbaycan mətbuatı insanları qiymətləndirmə, təsvir baxımından zəifdir. Yazarlar, jurnalistlər hələ də Elçibəyin bir obrazını yarada bilməyiblər. Türkiyədə Kılıçdaroğlu partiya sədrliyinə namizəd olan günü qəzetlər onu ” Qandi Kemal” deyə manşet etdilər…

* Amma Azərbaycanda Əbülfəz Qurbanlı kimi gənc barəsində dissident sözünü yazmamaq problemi,  bəlkə də qısqanclığı var! Hər kəsi adıyla çağırmaq lazımdır. Məsələn, Dissident Əbülfəz Qurbanlı… (Siz də onu belə çağırın!)

Advertisements

Bir Cavab to “Dissident Əbülfəz Qurbanlı üçün…”

  1. beyimhasanli Says:

    kimin sədridi bəs ? :)))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: