Quba üsyanı və Üzeyir Mehtizadə fanatı…

Martın 1-də Qubada üsyan oldu. Quba hadisələriylə bağlı ilk videonu Youtube-də AzkingBOY nickli bir nəfər yüklədi. Bu videonu demək olar ki, bütün Azərbaycan izlədi. Rusiya, Türkiyə və başqa xarici ölkə kanalları nümayiş etdirdi. AzkingBOY-un Youtube kanalına baxanda aydın olur ki, AzkingBOY siyasətə, ictimai işlərə qarışmayan adamdı. Özü üçün başını aşağı salıb yaşayır. Diqqət etsəz görərsiz ki, Youtube kanalına yüklədikləri videolar içərisində Üzeyir Mehtizadənin mahnısı da var.

AzkingBOY adi azərbaycanlıdır. Siyasətə, ictimai işlərə qarışmayan adam Qubada baş verən aksiyanı çəkib öz kanalına qoydu. Məhz onun paylaşdığı videodan sonra insanlar Qubada hadisələrin ciddi olduğunu anladılar, jurnalistlər Qubaya axışdı… Bundan sonra Youtube, FB, Twitter Quba hadisələrini əks etdirən jurnalist çəkilişləriylə doldu…ANS, AZTV başda olmaqla Azərbaycan TV kanalları informasiyanı boğmağa, gizlətməyə çalışırlar. Amma Üzeyir Mehtizadənin mahnılarını Youtube atan AzkingBOY telefonla çəkdiyi bir video ilə Azərbaycanı sirkələdi. Quba hadisələrinə qədər “offside”da duran bir nəfər birdən- birə ən əhəmiyyətli videonu paylaşmaqla bütün Azərbaycanın diqqətini Qubaya cəmlədi…Bugün Azərbaycanın qəhrəmanı bu adamdı…

***
Əgər Xocalı faciəsi zamanı sosial mediya olsaydı vəziyyət tam başqa olardı. Xocalı hadisələri baş verən zamanı Xocalıdakı hadisələr demək olar ki, xalqa gec çatdırıldı. Yüzlərlə adamın öldüyü halda rəsmi məlumatlarda (səhv etirəmsə) 2 nəfərin öldüyü qeyd edilirdi. Amma sosial mediya olsaydı o zaman insanlar Xocalıda nəyin necə baş verdiyini ( yaxud hadisələrin hansı istiqamətə gedə biləcəyini) dəqiq, aydın, senzurasız yaza bilərdilər. Düzgün informasiya olmayan yerdə düzgün analiz, təhlil etmək çətindir!

Advertisements

Etiketlər: , , ,

Bir Cavab to “Quba üsyanı və Üzeyir Mehtizadə fanatı…”

  1. Kənan Says:

    əla!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: