Adsız yazı #1

Demək olar ki, hər səhər Azadlıq qəzeti alıb, Elnur Astanbəylinin, Şahvələd Çobanoğlunun və başqalarının yazılarını oxuyuram. Yalanlar, yaltaqlıqlar içində olan cəmiyyətdə həqiqətləri oxumaq özü zövqlüdür. Adamlar var ki, Azadlıq qəzetini oxumağa belə qorxurlar. Qəzetin adını görüb pişiyə dönən adamlar da çoxdu. Qəzet alıb oxumağa qorxan adamlar Qurani Kərimi hansı cəsarətlə oxuyurlar? Mən bunu da başa düşmürəm… 

***

Azərbaycan mətbuatında çalışmaq 50 faiz ölüm deməkdi. Yəni hər an jurnalisti döyüb, öldürə bilərlər. Həbs, şərlənmə təhlükəsi hər zaman aktualdı. Uzun müddətdir jurnalistlər döyülür, söyülür, təhqir edilir, öldürülür. Jurnalist, yazarlara qarşı olan bu cinayətlərin üstü isə açılmır ki, açılmır… 2 mart 2005-ci ildə jurnalist Elmar Hüseynov öldürülüb. Amma onun qatilləri hələ də tapılmır. Yazar Rafiq Tağının qətlindən isə aylar keçib. Amma bir yenilik yoxdu… Bugün Azərbaycan jurnalistləri gələcək nəsillər üçün cəsarət nümunəsi yaradırlar, yazırlar… Nitsşenin kitabları çap ediləndə Nitsşe kitablarından bir neçəsini hədiyyə verməyə belə adam tapmırdı. Professor dostları, tələbələri Nitsşenin kitablarına yaxın durmurdular. Zaman keçdikdən sonra alman cəmiyyəti Nitsşenin nəhəngliyini, möhtəşəmliyini anladı… Bugün həqiqətləri yazan yazarlar oxunmur. Amma vaxt gələcək bu yazarlar dərslik, nümunə olacaq…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: