Archive for İ

Adsız yazı #1

Fevral 28, 2012

Demək olar ki, hər səhər Azadlıq qəzeti alıb, Elnur Astanbəylinin, Şahvələd Çobanoğlunun və başqalarının yazılarını oxuyuram. Yalanlar, yaltaqlıqlar içində olan cəmiyyətdə həqiqətləri oxumaq özü zövqlüdür. Adamlar var ki, Azadlıq qəzetini oxumağa belə qorxurlar. Qəzetin adını görüb pişiyə dönən adamlar da çoxdu. Qəzet alıb oxumağa qorxan adamlar Qurani Kərimi hansı cəsarətlə oxuyurlar? Mən bunu da başa düşmürəm…  (more…)

Advertisements

Seçmək barədə…

Fevral 24, 2012

Çoxları seçkinin əhəmiyyətinə varmır, ciddi yanaşmır. Düşünün ki, sizin seçmək hüququnuz, haqqınız yoxdur. Olanla barışmaq məcburiyyətindəsiniz.  İnsanın doğulandan seçmək hüququ var. Məsələn o gün mən çay içəndə qəddandan qənd seçirdim. Bu da seçmək haqqıdır. Biri də var poxu qoyurlar qabağınıza deyirlər ki, çayla bunu iç! (more…)

Kor kişi üçün Jalə şirələri…

Fevral 21, 2012

Deyirlər ki,  ölkədə güclü göz xəstəlikləri sağaldılır, oftomologiya zad var… Hanı bəs? İnsanların gözünün açıldığı bir vaxtda Koroğluya heykəl qoyuldu, təntənəli açılış edildi. Bu ölkədə bir dənə oftomoloq tapılmadı ki, Koroğlunun atasının – Alı kişinin gözlərini açsın? Oftomologiya elminin inkişaf etdiyi bir dönəmdə ölkədə KOR adam olmamalıydı.  Baş açmaq olmur… Oftomologiyanın işə yaramadığı ölkədə kor adamların gözünü bəlkə JALƏ şirələri aça bilər? Camaatı kor edirlər, sonra bu münasibətlə Koroğlu heykəli qoyurlar…

Kənd mollasının nağılı…

Fevral 21, 2012

Söz, ifadə azadlığından istifadə edib bir lətifəni yazmaq qərarına gəldim:

(more…)

Avtobus problemi…

Fevral 21, 2012

Nəqliyyat sahəsində bütün uğurları nazirin, prezidentin adına bağlayırlarsa onda gərək bütün uğursuzluqları da Ziya Məmmədovun, İlham Əliyevin adına bağlayaq. Qara Qarayev yaşasaydı  “İldırımlı yollarla” baleti yazmazdı, əvəzində “Palçıqlı Yollarla” yazardı. Çünki (more…)

Davamlı blog yazmaq barədə…

Fevral 19, 2012

Yazmağa həvəs də olmur, vaxt da… Amma yazmaq lazımdır… Trotskinin “Xatirələrim” kitabını oxuyuram. Trotski kitab oxumaq, yazı yazmaq, iş görmək, fəaliyyət və s. barədə adamı çox motivasiya edir, ilhamlandırır… Yazı yazmaqla bağlı Trotski qeyd edir:
(more…)

Zamin Hacının sevidyi 10 film – siyahı

Fevral 19, 2012

Yazar Zamin Hacının Toplum jurnalında kino haqda bir yazısı var idi. Sonda Zamin bəy sevdiyi filmlərin siyahısını yazmışdı.  Filmlərin bəzilərinə mən baxmışam, bəzilərinə isə yox.  Demək olar ki, baxdığım bu filmlərin hamısı məni çox təsirləndirib.  Zamin bəyin “TOP10″unu yığmışam…

Zamin Hacının sevimli 10 filmi bunlardı:

(more…)

Azad Gənclik barədə…

Fevral 18, 2012

Azad Gənclik Təşkilatının bugün keçirilən seçkisində Ülvi Həsənlinin yenidən təşkilat sədri seçilməyi mənim üçün şübhəsiz idi. Amma bugün mən 1-2 dəqiqəlik çıxışında Orxan Abdullanı kəşf edə bildim. Orxandan əvvəl xeyli adam danışmışdı. Amma Orxanın danışığı daha aydın, daha parlaq idi. Başqa gənclərlə müqayisədə Orxanın danışığı daha çox inandırıcı, daha çox cəlbedicidi… Orxanın mətiqi, düşüncəsi də tam yerindədi… AGT seçkisində Orxanı kəşf etməyimə daha çox sevindim, nəinki Ülvinin seçki qələbəsinə… Bundan əlavə soyuq zalı isidən gənclər də möhtəşəm idilər… Gülərüz, rəngli, parlaq… Çoxları deyir ki, bir zala sığan gənc nəyi, nələri dəyişə biləcək? Lenin bu suala cavab yazıb: “Biz milyonların yanında olmayacağıq! Milyonlar bizim yanımızda olacaq!”


%d bloqqer bunu bəyənir: