Aktyor Nurəddin Mehdixanlı sərxoş tamaşaya çıxıb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov teatrın aktyoru, xalq artisti Nurəddin Mehdixanlıya töhmət verib.

APA-nın məlumatına görə, İsrafil İsrafilovun bu addımı atmasına xalq artistinin Yaltada keçirilən “Teatr. Çexov. Yalta-2011” şüarı altında təşkil edilən sənət bayramında səhnəyə içkili vəziyyətdə çıxması səbəb olub. Bildirilir ki, Nurəddin Mehdixanlının bu hərəkəti Yalta Teatr Festivalının təşkilatçılarını da təəccübləndirib. Təşkilatçılar bununla əlaqədar Azərbaycan nümayəndə heyətinə kəskin etirazları bildiriblər.

Akademik Milli Dram Teatrı Yalta festivalında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanı nümayiş etdirib.

***

Nə gözəl…  Mən aktyoru başa düşürəm… Özünə yazıçı deyən Hüseynbala Mirələmovun əsərini oynamaq üçün ya xiyar olmalısan, ya da sərxoş… Nurəddin Mehtixanlı da sərxoş olub. Hüseynbala Mirələmovun yazıçı olması ayıb deyil? Amma Nürəddin Mehtixanlının sərxoş olması ayıbdır?

Advertisements

Bir Cavab to “Aktyor Nurəddin Mehdixanlı sərxoş tamaşaya çıxıb”

  1. Elmir Mirzoev Says:

    Türkan, tamaşanın isminin simvolik olduğunu düşünmürsünüzmü? “İstənilən əsər avtobioqrafikdir” – xatirimdə deyil kim demişdi bunu. Burada da dəqiq isim verilib elə müəllif tərəfindən, həm özünə, həm cəmiyyətə, həm də situasiyaya. Necə ki, Vaqif Mustafayev öz ismini “Merzavetz” qoymuşdu, oldu da)))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: