Rəzil tələbələr… (ADNA və BDU yarışmasına…)

Facebook-da Azərbaycan universitetləri  adlı FanPagedə Azərbaycan universitetləri yarışıblar.  Səviyyəsiz və mənasız yarışmada əsas mübarizə LİKE  mübarizəsi olub.  Rəzillik, səviyyəsizlik, mənasızlıq, tərbiyəsizlik gör nə həddə çatıb ki, Universitet tələbələri dərs, elm yox, LİKE mübarizəsinə başlayıblar. Like dilənçilərinin “Final” görüşü də keçirilib. BDU və Azərbaycan Dövlət Neft Akademiyası “tələbə”ləri 2 saat avaralanıb “qalib” gəliblər. Neft Akademiyası 2 saat ərzində 5930 like toplayıb. BDU isə 5890 like.

Rəzillərin səviyyəsiz yarışmasında ADNA-nın qalib gəlməsi də təbiidir. ADNA Sovet vaxtında mədəni, rusdilli insanların təhsil aldığı yer olub. İndi isə orda aqrar, kənd təfəkkürlü insanların vaxt keçirir, qarınlarını otarırlar… BDU-da onun tayı…  Şübhə etmirəm bu LİKE yarışmasında iştirak edənlər bir dəfə də olsun kitab üzü açmayan insanlardılar. Küçədə möhkəm gəyirməklə fəxr edən insanlar LİKE yarışmasında qalib gəlməklə fəxr edirlər.

***
Kəndçi olmaq ayıb deyil. Amma şəhərdə yaşayıb, universitetdə oxuyub “Voyəəə…. Ayə…” deyib, “jjjjj” hərfiylə danışmağı, savadsızlığı, tərbiyəsizliyi İphone, bahalı maşınla kompensasiya etmək ayıbdı.
***
BDU və ADNA-da çoxlu savadlı, vətəndaş mövqeyi olan tələbələr oxuyur. Post yazmışkən bir daha təkrar edim ki, mənim onlara hörmətim var! O qədər kəndçi təfəkkürlü insanların içində təhsil almaq və vətəndaş olmaq çətin şeydir!

Advertisements

13 Cavab to “Rəzil tələbələr… (ADNA və BDU yarışmasına…)”

  1. x Says:

    Deqiqe bir kendci sozun niye atirsan ortaya? Guya sen medenisen?? Kendlini tehqir etmek ne vaxdan medenilik sayilib ged ozune bax bir…!

  2. Turan Yusifova Says:

    Sən özün şəhərdə qalansan ? =))
    Əllərinə sağlıq!

  3. Admin Says:

    Başlığı yaxşıdır. Ancaq sonda özünüzü dolaşığa salmısınız. Kənd təfəkkürü ilə kəndli ayrı ayrı şeylərdir. Ona görə də “kənd təfəkkürü” sözünə təkzibi “kəndli” sözü ilə gətirmək yanlışlıqdır. Bəli, hamımız kəndlərdən gəlmişik belə baxanda. Biz də olmasaq valideynlərimiz və s. Ancaq bir şeyi başa düşməliyik ki, kəndli olmaq ayıb deyil, ancaq kənd təfəkkürü ilə şəhərdə həyat sürmək hardasa düzgün deyil. Misal üçün. Kənddə böyüyənlər kənd avtobuslarında yol gedərkən, demək olar ki, avtobusda oturan hər kəslə tanış olduqlarından, arxa oturacaqda oturan, ön oturacaqda oturan tanışı ilə qışqıra qışqıra danışa bilər. Ancaq şəhərdə bu düzgün deyil. Ancaq bu tip hadisələrlə çox rastlaşırıq. Bu yüngül bir misal idi. Unutmayaq ki, kənddə xarici ölkələrin nümayəndələri az-az olsa da, burada hər addım onlara rast gəlmək olar. Biz yerli milləti bir tərəfə qoyaq, göz yumarıq. Ancaq xarici millət öz ölkəsinə dönəndə, onlar üçün absurd olan bu halları heç də “Bakıda çox məzəli, bir birilə bütün avtobus boyu məzələnən, super gənclər var” deyə tanıtmayacaq. Unutmayaq ki, kənardakı insanların əsəbi ilə oynamaq yazılmamış cəmiyyət qanunlarına görə ədəbsizlikdir. Yenə təkrar edirəm, bu sadəcə 1 misal idi və heç də hər kəsə şamil edilmir.

  4. Kirpi Says:

    “Ne düwük insanlar var bu telebelerin arasinda. dunyanin bir terefinde telebeler etiraz aksiyasi kecirir, tehsilin seviyyesini artirilmasini teleb edirler bizim telebelerse Facebukda like yariwi kecirdir. ADNA toplladiqi laykla BDUya ders keci. gözum aydin. elebil bilik yariwinda qalib olublar!”
    Bu menim Facebookdaki statusumdu. telebeleri tenqid eledik, bes o yariwmani tewebbuskarlari? onlara niye söz deilmir?
    Birde bele bir insanlari kentcilerle müqaise etmek dogru deil. Ketden, eyaletden azmi alim, wair, medeniyyet xadimleri, deyerli insanlar cixib? esas insan olmagdi.

  5. AqiL Says:

    cox acinacaqlidi…teessufler olsun ki,yazdigin heqiqetdi…

  6. Kubra Says:

    Tələbələrə rəzil deyən birinin yazdığı bir yazını ciddiye almaq axmaqlıq olar.İster BDU,isterse də ADNA-da çox sayda elə tələbələr yetişir ki,bu yazının müəllifinin onlarla eyni səviyyədə olmaq üçün daha 5-6 il oxumaq məcburiyyətindədir.Əlbəttə ki,bunu yazdığınız yazının məzmunu sübut edir.
    Yazarkən əlaqələndirilən mövzulara diqqət etmək lazımdır.İki bir-biriylə əlaqəsi olmayan mövzunu necə müqayisə etmek olar axı?Ağılsızlıq,mədəniyyətsizliklə insanların əylənmə anlayışlarını müqayisə etmek necə də axmaqcadır.(əgər bu əyləncələr başqa heç kimi narahat etmirsə)
    Bundan başqa,səviyyəsizlik kimi qiymətləndirdiyiniz o hadisəni deyəsən ,ən gərgin diqqətlə özünüz izləmisiniz.Bütün detalları bu qədər dəqiq bildiyinizə görə…

    • Nicat Niko Umuyev Says:

      Kubra xanım imkanınız olanda bir daha oxuyun məqaləni , Turkhan yazıb : BDU və ADNA-da çoxlu savadlı, vətəndaş mövqeyi olan tələbələr oxuyur. Post yazmışkən bir daha təkrar edim ki, mənim onlara hörmətim var!
      Ola bilər ki, siz özünüz həmin yarışmada iştirak etmisiniz də, o səbəbdən heç mətni sona qədər oxumamısınız.

    • Elvinion Says:

      Kubra xanim, men fexr etdim ki sizin kimi dushunen xanimlarimiz var. Kash ki butun oglanlarimiz sizin kimi dushunceli olardi. Emin olun onda ozunu ZOR hesab eden adminler terefinden bele SEVIYYESIZ postlar, bloglar yazilmazdi.

      Teshekkurler bir daha!

  7. shahin Says:

    mence bu yazi hec de butun telebelere shamil olunmur, amma hele az yazib, men yazsaydim, o telebelerin ich uzun biraz daha acardim

  8. shahin Says:

    amma “jjjj” meselesine protesto, men bilene Turxan bey aristokrat yox demokratdir

  9. Ramil Gafarov Says:

    Bə məqalə ilə razılaşmayacam. ADNA elə Sovet dövründə də kasıb, Bakıda daydayı olmayan rayon camaatının oxuduğu universitet olub. BDU(ADU)-a Tibb Universitetinə girmə şansı olmayanlar ora sənəd verirdi. Orda yeganə rusdillilər Afrikadan gələn zənci tələbələr idi.
    Əliyevlər bu ölkənin tələbəsini də elə hala gətirib ki, şəhərdə yaşayan gənc nəsil kababçıdan fərqlənmir.

  10. Ayxan Says:

    Yazindan hiss olunur ki, ne qeder medeni ve savadlisan, kim ne ile mesguldu bunun sene ne dexli?!
    Rus dilli , medeni deyirsen, men o qeder rus dilli heyvere gormusem ki, ay medeni insan! Insanin eqli dusuncesinin onun lehcesinin, doguldugu yerin qeti elaqesi yoxdur. aciq aydin gorunur ki, cox savadli dunya goruslu birisen, ay BerekAllah! Allah sanga agil versin!

  11. Fatima Says:

    MEDENIYYET BAWQA WEYDIR TURKAN XANIM 🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: