Archive for İ

Korrupsiya futbola necə təsir edir? (Cədvəl)

Sentyabr 21, 2011

Korrupsiya, rüşvət hər şeyə ziyandır… Sadə bir misal. FİFA Dünya ölkələrinin futbol komandalarının reytinq cədvəlini açıqlayıb. Milyonlarla dollar xərclənən Azərbaycan yığması FİFA-nın reytinq cədvəlində 98-ci yerdədir(359 xal).  Hər zaman Azərbaycanla müqayisə edilən Ermənistan millisi isə cədvəldə 44-cü yerdə qərarlaşıb (610 xal).  (more…)

Cem Yılmaz Əli Əlkbərin romanı haqda: Ağlamak istiyorum…

Sentyabr 12, 2011

Yazıçı Əli Əkbər yeni romanı bitirmək üzrədir… Təxminən 1 aydan sonra yeni romanı oxuya bilərsiz… Romandan bir- iki parçanı mən oxumuşam…  Tam səmimiyyətlə deyirəm ki, bu kitab başqa bir şey olacaq. Bəzən deyirlər ki, teatrlara niyə insanlar getmir? Səbəb çox sadədir: Teatr bu günün problemlərini qabardıb insanın özünü özünə göstərə bilmir. Məhz buna görə teatrlarda it ulayır… Amma Əli Əkbərin yeni kitabında çox insan özünü görəcək. Mən əminəm ki, gəncləri ən çox maraqlandıran, incidən problemləri kitabda oxuya biləcək.

Yazı dili çox rahat olan əsərdə hadisələr çox dinamikdir. Dəqiq deyirəm, bu kitabı fasilə vermədən, bir nəfəsə oxuyacaqsız…  Qalatasarayın reklamında Cem Yılmaz demiş: Hani bi laf var ya… Ağlamak istiyorum… Ağla şimdi… Şimdi ağla…

Səbirsizliklə kitabı gözləyirəm… Hani bi laf var ya… Ağlamak istiyorum…

İrəlinin #twitterdecavabverecem yanğısı…

Sentyabr 6, 2011

:))))))

İrəliçi gənc Bloqosfer tədbirində quş buraxıb: #twitterdecavabverecem.  Bəzi İrəliçilər Bloqosferdən narazı qaldıqlarını deyiblər. Hər zaman olduğu kimi bu dəfə də boş- boş iddialar ediblər. İrəlinin Bloqosferdən narazı qalmağa heç haqqı yoxdur. Müraciət edək Wikileaks sənədlərində olan fakta. Wikileaksda yazılır ki, İrəli 1 milyon dollara 50.000 (əlli min) adama kompyuter kursu keçib. Düz 50 min… Amma ortada bir şey yoxdur. Bəs 1 milyon dollar hara xərclənib? Bunun hesabını heç kim soruşmur. Hanı 1 milyon dollara İrəli treyninqlərindən çıxan gənclər, insanlar? Hanı 1 milyon dollarıq proyektin bir bloggeri, videobloggerləri? Hanı 1 milyon dollarıq proyektin yazarı? Hanı 1 milyon dollarlıq proyektin uğurlu siması? Əsil biabırçılıq budur. 1 milyon dolları yox edəsən və danışmağa üzün ola… Əgər belədirsə… O zaman İrəli…

#twitterdecavabverecem – nə söhbətdi, nə baş verib? (Video)

Sentyabr 4, 2011

http://www.youtube.com/watch?v=7A7iaNcr9lk&feature=share
2-4 sentyabr tarixində Nabranda bloqçuların Bloqosferi keçirilirdi. Regionlardan, paytaxtan olan bloggerlər, İT  mütəxəssisləri konfransda iştirak edirdilər.

#twitterdecavabverecem – Necə yarandı?

Tədbir çox maraqlı gedirdi. Hər kəs öz fikirlərini deyir, maraqlı müzakirələr edirdilər. Hər şey səviyyəli idi…  Birdən İrəli təşkilatından bir nəfər (Deyirlər Rauf adlı birisi olub) Twitterdə Bloqosferlə bağlı yazıb ki, klounada davam edir. “Klounada” sözünü yazan şəxsdən  (Deyirlər Rauf  adlı birisi olub) soruşanda ki, iQaqa, iBrat iPaddan yazmısan ki,  “klounada davam edir”… Nə söhbətdir. Həmin bu adam (Deyirlər Rauf adlı birisi olub) özünü itirib, söz tapmayıb deməyə və deyib ki, twitterdə cavab verəcəm…

Həmin zaman zalda xeyli gülüşmə oldu. Maraqlı konfransda danışmağa söz tapmayan həmin bu şəxs  (Deyirlər Rauf adlı birisi olub) daha sonra konfransda görünməyib.

*

İT konfransa insanları güldürən bu şəxs  (Deyirlər Rauf adlı birisi olub) #twitterdecavabverecem hekayətinin əsas qəhrəmanıdır…

AYBAŞI Photography barədə

Sentyabr 1, 2011

Aybaşı Photographynin rəsmi logosu

Hamı Fanpage yaradır. Hamı foto çəkir. Hamı fotoqraf olub. 2-3 dənə mənasız xəstə qız fotosu çəkirsən və fanpage açıb olursan fotoqraf… İndi hara tüpürürsən fotoqrafa dəyir. Siçan tutmaq üçün tələ lazımdır. Qız tutmaq üçünsə fotoaparat. Dünyanın ən mənasız qızları dolub facebooka. Evində oturub bozbaşını bişirmir. Facebookda girib camaata ağıl öyrədirlər arada bir də foto çəkdirirlər.  Mənasızlığın Everest zirvəsi buna deyirlər! (more…)


%d bloqqer bunu bəyənir: