Archive for İ

Araz üçün…

İyul 30, 2011

Can Yücel Deniz Gezmiş üçün “Bizim Dəniz” şeirini yazmışdı… Bizim üçün də Araz Önər “Bizim Dəniz”dir! Artıq Araz bir ildir bizim aramızda yoxdur.  Amma gec- tez Araz aramızda olacaq. Başqalarını bilmirəm, amma Araz mənim üçün buzqıran gəmi oldu… İnsanların həbsi, təqibi zamanı Araz aksiyalarda öndə idi. Araz adamların problemini  elə adamlara çatdırırdı…  Çoxları üçün asan və sadə görünə bilər, amma Araz polislərin onu zorla tutduğu, saxladığı zaman “Bir gün ədalət zəfər çalacaq!” şüarını səsləndirən gəncdir!

Dünya çox kiçikdir… İnanıram ki, tezlikdə yenidən birlikdə olacağıq!

Jazz :)

İyul 29, 2011

Söyüşlü Meyxana barədə qeyd… (VİDEO)

İyul 26, 2011

Daha bir söyüşlü meyxana internetdə dillər əzbəri olmaqdadır… Nə yaxşı ki, blog var. Belə mövzuları rahat yaza, tənqid edə bilirik. Hər zaman əxlaqdan, dindən, mənəviyyatdan meyxana deyən meyxanaçıların ağzından söyüşlü meyxana eşitmək çox gözəldir. Xalqın saxta mentalitetini dağıtmaq, məhv etmək gözəl şeydir. Toyda da söyüşlü meyxana demək daha gözəldir. Üstəgəl meyxanada bir- birinin anasını fahişə adlandırmaq daha gözəldir. O gün kimsə mənə dedi ki, Aydın Xırdalanlı “Hicaba dəstək” aksiyasına qoşulub. Bu gün də Aydın Xırdalanlıdan söyüşlü meyxana eşidirəm… Necə də gözəldir bu, deyilmi?

Biz blogumuzda söyüş yazanda cındır balaları gəlib deyirlər ki, niyə söyüş yazırsız? Anamız, bacımız var… Amma bizi ittiham edən cındır balaları meyxanaçılara bir söz də deyə bilmir…

Mən söyüşlü meyxananın tərəfdarı deyiləm… Amma meyxanada bir- birinin anasına fahişə, atasına oğraş deyən adamlar sabah əxlaqdan, tərbiyyədən danışıb, camaata ağıl verməsinlər.

Cındırlar demiş, Avropadan pis şeyləri ataq, yaxşı şeyləri götürək…

http://www.youtube.com/watch?v=I0Osupvu0eg&feature=youtu.be

Amy Winehouse üçün…

İyul 23, 2011

Amy də belə getdi… İtki çox böyükdür…  Taksi sürücüsü olan atası və özü ilə eyni musiqi zövqünü paylaşan yəhudi ananın övladı idi… Amy son zamanlar soul və jazz musiqisinin ürəyinə çevrilmişdi… Əslində Amynin ölümü çoxlarını heyrətləndirməyib. Çünki, hamı bilirdi ki, gec-tez kokain öz işini görəcək və gördü… 14 sentyabr 1983-cü ildə anadan olan  VVinehouse 23 iyun 2011-ci ildə Londonda yaşadığı evdə ölü tapılıb. Hələ bilinmir, bu intihar ölümüdür yoxsa peredozirofka… Winehouse 2003-cü ildə ilk albomunu -Frankı- satışa buraxmışdı… Məhz bu alboma görə, Britaniyada bir neçə mükafat aldı…

***

– Ən yaxşı ifaçı
– Ən yaxşı mahnı
– Ən yaxşı Albom… daxil olmaqla 5 Grammy mükafatını qazanmışdı…

***

Jim Morrison, Janis Joplin, Jimi Hendrix, Kurt Cobain,  Ian Curtis, Brian Jones, Amy Winehouse… və tanımadığımız minlərlə kokain qurbanları… İtki böyükdür…

Penelope Cruzun ifasında “Cocaine” mahnısını Amyyə həsr edək:

http://www.youtube.com/watch?v=gxa__NzHHFw&feature=related

Seks shop

İyul 20, 2011

Hollandiyada bir seks şop olub. Cümə günü bir elan asıb: Cüməyə getmişəm… Gələcəm…

Rəşadət və Türkan üçün…

İyul 17, 2011

Səmimi, sadə və gözəl iki insan… Rəşadət və Türkan… Axırı ki, gözlənilən gün oldu, səmimi dostlarımız ailə qurdular. Bundan sonra onlar həyatlarını birgə davam etdirəcəklər. Toya gələn bütün uşaqlar çox sevinirdilər. Sanki, qardaş- bacıları evlənirdi. Sözsüz bu belədir. Keçən illər ərzində Türkan və Rəşadət bizim üçün bacı, qardaş, ata, ana olublar. Rəşadət və Türkanı sevməyimizə səbəb hər ikisində səmimiyət və sevginin sərhədsiz olmasıdır.

**

Toy Üzeyir Hacıbəyovun Uverturası ilə başladı.  Sonra Azər Cırtdan Məmmədovun toy üçün yazdığı gözəl bir mahnını ifa etdi. Dostlar da Azərə öz ifaları ilə yardım etdilər, birgə oxudular…

***
Toy çox maraqlı keçdi, başlayandan elə hey oynadıq, oxuduq, güldük. Sonra toyda iştirak edə bilməyən dostlarımızın videomüraciətlərinə qulaq asdıq. Azərbaycanda olmayıb öz təbriklərini göndərən dostların videomüraciətini görəndə hər kəs çox kövrəldi. Fatima, Həbib, Araz, Camal, Məcid, İsanın səmimi videotəbriklərinə qulaq asdıq. Xeyli alqışladıq.. . Uşaqların səmimiyyətinə dözməyib ağlayan dostlar da oldu… Sonrası daha yadımda deyil… Hər şey çox gözəl oldu. Çoxlarının gözlədiyi İLİN TOYU baş tutdu. Özü də çox gözəl! Rəşadət səmimiyyəti və Türkan sevgisi gözəl şeydir!

Ölü…

İyul 17, 2011

(Olmuş hadisə) Bir kişi rəhmətə gedir. Aparırlar basdirmağa. Din qanunlarına göra böyük oğlu duşur qəbrin içinə, meyidi molla deyən kimi duzəltmək uçün. Molla bir dəfə deyir bala biraz belə firlat, iki dəfə deyir oğul biraz belə döndər. Qaqa əsəbləşir, qayıdır ki:
– Ala xiyar səninçün krosna zad quraşdırmıram ee, tez ol daaa..

Şortikin müdafiəsi üçün…

İyul 17, 2011

Şortikli fotom

Mən yayda şortik geyinirəm.  Tez-tez soruşurlar, utanmırsan, ayıb deyil? Mən də cavab verirəm ki, yox utanmıram. Axı mən qəhbəlik etmirəm, kimdənsə rüşvət almıram… Sadəcə şortik geyinirəm… Yaxşı oğlanlar demiş, heç kimin anasına, bacısına sataşmıram ki… Mən gedib kimdənsə soruşuram ki, yaydır, hava 37 dərəcə istidir… Siz niyə hicab bağlamısız? Yox, soruşmuram. Çalışıram maksimum dözümlü yanaşım.  Gah da deyillər ayağın tüklüdür. Tamam, nə edim? Tük olur bir söz deyirlər, tük olmur bir söz deyirlər… Yayın ləzzətini çıxardıram…

Bloq yazmağa davam…

İyul 16, 2011

Blogumu az-az yazıram… Amma gündəlik 120-150 izləyici rahat olur. Davamlı yazmaq lazımdır. Mövzular çox olur yazmağa, sadəcə həvəs olmur… Amma mütləq yazmaq lazımdır. Trotski demiş, yaza bilməsən də yaz… Mənim üçün maraqsız, mənasız olan bir cümlə kimin üçünsə maraqlı ola, həyatında nəyisə dəyişdirə bilər. Ona görə də qeydlərimi yavaş- yavaş sizinlə paylaşacam… Hər gün bloqumda post olması ümidiylə…

Jazz… Bir az…

İyul 15, 2011

Ana söyüşü!!!

İyul 12, 2011

Azərbaycanda futbol stadionunda söyüş söymək çox normaldır… Ana- bacı, var-yox, nə bilim nə… Bir dəfə Azərbaycanın oyununa getmişdik. Mənim dostlarımdan biri Azərbaycan yığmasında yarımmüdafiədə oynayırdı. Şərti olaraq həmin futbolçunun adını Eldar adlandırıram. Oyuna baxmaq üçün mən də Eldarın qohumlarına qoşulmuşdum. Nəsə…

Futbol normal gedirdi. Azərbaycan həmişəki kimi uduzurdu… Birdən hansısa futbolçu Eldar üçün gözəl qol vurmaq şansı yaratdı. Boş qapı və Eldar tək… Eldar da özünü itirib, topu qırağa vurdu… Biz -azarkeşlər- çox pis olduq… Qol şansını qaçırmışdıq. Özü də boş qapıya… Bizdən iki cərgə qabağda bir oğlan oturmuşdu. Eldar qol vura bilməyəndə. Bu oğlan uca səslə bağırdı: “Ay sənin anavı s.kim”. Elə bunu demişdi, bizimlə bir yerdə oturan Eldarın xalasıoğlu onun qabağında oturan oğlana dedi ki, bir az qırağa dursun. Oğlan çəkildi. Eldarın xalası oğlu ayağını qabağındakı oturacağa qoyub, altı nallı “tufli” ilə Eldarın anasını söyən oğlanın sifətinə necə təpik vurdusa, qaqaş fırlanıb 6-7 cərgə qabağa düşdü…  Eldarın xalası oğlu düşüb aşağıda da uşağı döymək istəyirdi… Amma qoymadılar… Ana söyüncü (söyüşü yox, söyüncü) pis şeydir!

Davam edirik…

İyul 12, 2011

Bloqlar niyə lazımdır?

İyul 9, 2011

Bloqların əhəmiyyəti çoxdur. İndi dünyada qəzet, TV-lərə çox asan təzyiq edib, informasiyanı istədikləri kimi yönləndirə bilirlər. Cəmiyyətə təsir vasitəsi olan mediada bir informasiyanın, xəbərin qarşısını almaq çox asandır.

Məsələn Azərbaycan ən böyük telefon şirkətləri yerli KİV-lərdə şirkətlə bağlı gedən mənfi xəbərlərin qarşısını almaq üçün redaksiyalara pul və mükafatlar verir… Bunu adi oxucu bilmir. Amma “səhnə arxası”nda oyunlar olur. Pul alıb, şirkətlə bağlı mənfi xəbərləri vermirlər. Amma bloqların mövcud olması problemi üzə çıxarmağa imkan verir. KİV-lərdə hələ də senzura, qohum- dost münasibətlərinə görə informasiya yayılması problemi mövcuddur. Cəmiyyətin dəstəklədiyi güclü, azad media olmayanda da redaktorlar öz işçilərinə çox sərt yazmamağı, insanları incitməməyi, oxucuları itirməməyi məsləhət görürlər.   Amma bloqqerlər bu sərhədləri aşa bilirlər. Yəni ənənəvi mediada yayılması mümkün olmayan yazılar, məqalələr, foto- videolar çox asanlıqla bloqlarda yayıla bilir… Bu və başqa səbəblərə görə, bloqqer olmağa, yazmağa dəyər!

Kirayə ev üçün iki şərt

İyul 1, 2011

Kirayə qalmaq üçün ev axtarırıdım… Xeyli yerə müraciət etdim… Ev sahibləri bir şey soruşurdular… Kiminlə qalacaqsan? Şəxsi suallar adamı lap bezdirirdi. Sizə nə var kiminlə qalacam? Bir dostumla da Gmaildə yazışırdıq. Onlar kirayədə qalırlar… O da evlə bağlı mənə iki şərt irəli sürdü:

 


%d bloqqer bunu bəyənir: