Elçibəy üçün…

Bu gün Elçibəyin ad günüdür… Elçibəy Azərbaycanda haqqı verilməmiş insanlardan, siyasətçilərdən birisidir. Özünün də dediyi kimi, bir fağır prezident görmüşdü görməmiş azərbaycanlılar… Hərə bir yandan düşdü üstünə. Vəzifədən gedən Elçibəyə “Keçibəy” deməyə, məzələnməyə başladılar…  Elçibəyi söymək hər zaman asan olub. Qəhbələr bu işi hər an sevə- sevə ediblər. Biliblər ki, Elçibəy səmimi, kini olmayan adamdır. Onu söysələr belə o dözümlü yanaşacaq.  Sürət Hüseynov Gəncədə olanda deyirdi ki, gəlib Elçibəyin saqqalını qırxacaq… Amma gedib Sürət Hüseynovu evindən, yatdığı yatağın altından darxıb çıxardılar… Elçibəy indi vəfat edib. O zaman Yun Kombinatında işləyən Sürət Hüseynov baş nazir oldu, həbsdə yatdı… İndi də Gəncədə Yun Kombinatında işləyir… Qapaq fırlanıb qapını tapıb. Yun zavodundan çıxan yerinə qayıdıb… Külək  heç zaman qayanı tərpədə bilməyəcək! Heç Heydər Əliyev də!

Elçibəy səmimi adam idi. Bunu səhv başa düşən azərbaycanlılar indi də belə deyirlər: Elçibəy yaxşı adam idi, amma siyasətçi deyildi…  Bilmirəm siyasətçi qəhbə, oğraş olmalıdır? İnsanlara cındırlıq etməlidir?

Nə isə…  Doğum günün mübarək, bəy! Səmimi adam idin…

Advertisements

3 Cavab to “Elçibəy üçün…”

  1. Azer Aydin Says:

    Kim deyir ki siyasətçi ograş olmalıdır ? və ya səmimi insan olanda prezident olmaq olmur bəyəm ? Saakaşvili, Elçibəy onun qədər səmimi idi ? Heç ola da bilmızdi ! Ancaq, Saakaşvili səmimiyyəti qədər də hörmətə sahibdir.
    Elçibəy, düşük adam olub. Ola bilər, səmimi idi, yaxşı idi, nəm e, ürəyi açıq idi, millətini sevən idi və s. Bəyəm bu sadaladıqlarımız nəsə fərqli bir xüsusiyyətdir ? BU amillər normal insanın sahib olması gərəkən ornəklərdir, qeyri adi hec nə yoxdur.
    Elçibəy, Əliyevlər adlı sülalənin başımıza gətirəcəyi oyunların banilərindən, təməlini qoyanlardan biri oldu.
    Adam zəmanəyə uygun insan deyildi. Davranışlarını bilməyən, etdiyi hərəkətlərin bədəlinin sonrasını düşünməyən insan idi. Məhz buna görə də o siyasətçi, ən əsası isə dövlət başçısı ola bilmədi.
    İndi durub ondan qəhrəman düzəltmək dogru olmazdı. Tamam, razıyam, eks prezident statusu verilməsinə layiqdir. Yəni haqqidir. Ancaq, daha durub onu şişirtmək lüzumsuzdur.
    Rəsulzadə-Elçibəy` yolu deyirlər, bu bilirsiniz nəyə bənzəyir ? 28 May tarixində TV-da Heydər Əliyevin rolu haqqında danışmaga. Həmçinin də Rəsulzadə ilə Elçibəyi bir arada, bir sirada tutmaq Məhəmməd Əmin ruhuna hormətsizlikdir.

  2. Elçibəy üçün… | Azblog.org Says:

    […] : Turxan Qarışqa “Amerikanın Səsi” Bloqları var fdgts=new Date();var […]

  3. Anar Says:

    Elçibəy siyasətçi saymayanların siyasi savadına şübhə edirəm. Yadınızda saxlayın: Heydər Əliyev Elçibəyi devirməyib, Elçibəyi devirən KQB adlı bir nömrəli kəşfiyyat idarəsi olub. Əliyev sadəcə maşa olub; Tula araba kölgəsində yatar, elə bilər öz kölgəsidir. Saakaşvili və Elçibəyi müqayisə etsən, birinci kölgədə qalar. Elçibəyin Amerika boyda arxası olmayıb. Əsl siyasətçi elə Elçibəy olub! Azər, əgər bir xalq qalxıb Əliyevi devirə bilmədisə, onda o xalq elə Əliyevə layiqdir. “Durub Fransadan xalq gətirəsi deyilik ki?!”
    Rəsulzadə-Elçibəy yolu isə tam düzgün ifadədir. Müqayisəni düz etməmisən. Rəsulzadə-Elçibəy yolunu, Şaumyan-Əliyev yolu ilə müqayisə etmək olar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: