Archive for İ

FAAS TV

İyun 28, 2011

Modern Teatr

İyun 27, 2011

Elçibəy üçün…

İyun 23, 2011

Bu gün Elçibəyin ad günüdür… Elçibəy Azərbaycanda haqqı verilməmiş insanlardan, siyasətçilərdən birisidir. Özünün də dediyi kimi, bir fağır prezident görmüşdü görməmiş azərbaycanlılar… Hərə bir yandan düşdü üstünə. Vəzifədən gedən Elçibəyə “Keçibəy” deməyə, məzələnməyə başladılar…  Elçibəyi söymək hər zaman asan olub. Qəhbələr bu işi hər an sevə- sevə ediblər. Biliblər ki, Elçibəy səmimi, kini olmayan adamdır. Onu söysələr belə o dözümlü yanaşacaq.  Sürət Hüseynov Gəncədə olanda deyirdi ki, gəlib Elçibəyin saqqalını qırxacaq… Amma gedib Sürət Hüseynovu evindən, yatdığı yatağın altından darxıb çıxardılar… Elçibəy indi vəfat edib. O zaman Yun Kombinatında işləyən Sürət Hüseynov baş nazir oldu, həbsdə yatdı… İndi də Gəncədə Yun Kombinatında işləyir… Qapaq fırlanıb qapını tapıb. Yun zavodundan çıxan yerinə qayıdıb… Külək  heç zaman qayanı tərpədə bilməyəcək! Heç Heydər Əliyev də!

Elçibəy səmimi adam idi. Bunu səhv başa düşən azərbaycanlılar indi də belə deyirlər: Elçibəy yaxşı adam idi, amma siyasətçi deyildi…  Bilmirəm siyasətçi qəhbə, oğraş olmalıdır? İnsanlara cındırlıq etməlidir?

Nə isə…  Doğum günün mübarək, bəy! Səmimi adam idin…

Cheese People – Ua-A-A!

İyun 23, 2011

Seksi Tıx-tıx xanım (Xalq nağılı)

İyun 21, 2011

Tıx-tıx xanım nağılı yeniləşib. İndi daha maraqlı olub. Bu  cizgi filmi indi daha çox izləyici yığa bilər. Xalqın bütün problemi olduğu kimi bu nağılda yer alıb…

http://www.youtube.com/watch?v=Mk2MZTkAAcw&feature=related

Bakı metrosunda öpüşən gənclər (ViDEO)

İyun 14, 2011

Mən belə şeylərin tərəfdarıyam… Qoy öpüşsünlər, kef etsinlər… Rüşvət almırlar ki… İnsanlara torba tikməyirlər ki… Yalan danışmırlar ki… Sevgililərdir sadəcə öpüşürlər… Eşq olsun! Yaşasın öpüş! Yaşasın sevgi! Bir dostumuz demişkən…

(more…)

Cəmilə…

İyun 11, 2011

http://www.youtube.com/watch?v=3XV8RiO7bi4

Bakcell: Səviyyəsizlik…

İyun 10, 2011

Mən hər gün 60-70 sms yazıram… Bəlkə də çox. Dünən Bakcelldən demək olar ki, sms yaza bilməmişəm. Biraz vaxt keçəndən sonra öyrənmişəm ki, Bakcell hansısa kampaniya keçirir, ona  görə də sms sistemində problem var. Tüpürüm belə kampaniyaya. Bir halda ki, mən pul verə- verə sms yaza bilmirəm, nəyimə lazımdır avara kampaniya… Əziyyət çəkib servis qursunlar. Bakcell bir daha sübut etdi ki, hər şey puldan aslı deyil. Pul var, amma keyfiyyətli və səviyyəli xidmət yoxdur. Bir sözlə biabırçılıq, səviyyəsizlik!!! SMS də yaza bilmədik! Normal ölkə olsaydı, məhkəməyə verərdik!

GRUP YORUM: Bir Görüş Kabininde

İyun 8, 2011

Sorosun uşaqları…

İyun 6, 2011

Soros

Soros yazıq… Uşaqları acından ölür. Çörək almağa pulu yoxdur. Dükanlara borcu var.  Qonşu da üst mərtəbədən su salıb, ev bütün “nəmişdiyydiy”. Uşaqları xəstələnəcək, onsuz da zəif uşaqlar idilər. Siqaret almağa pulu da yoxdur. Səhər 1 saat tez evdən çıxır ki, piyada gedib işə vaxtında çatsın. Evdən çıxanda pendir- çörək götürür ki, işdə çaya qənd qatanda nəsə yesin… Yazıqdır da, nə etsin? O gün işıqpulu yığan da gəlib ki, borcu verməsəz xışdıyajam səni… Soros da yazıq…

Soros ac ola- ola azərbaycanlı bəzi QEHETE nümayəndələri burda puldan ağızlarına basıb, xımır- xımır yeyirlər və deyirlər ki, proyekt yazaq: Sorosun uşaqları ac qalmasın, çörək alıb verək! Soros acından ölür, Tağı da bütün günü Nabranda gölməçədə çimir, bilyard oynayır, qız tutur. Soros pul tapmır, Eldar da deyir ki, proyekt yazaq, gedib Şamaxıda kabab yeyək. Soros pul tapmır, Şakir Sorosdan qrant alıb, qızı üçün cehiz alır, oğlunu oxutdurur.

Saqqallı qızlar üçün…

İyun 6, 2011

Facebook bizə çox maraqlı faktlar verir. Burda profilində tikanlı qanlı gül şəkili, Əmrahın, Üzeyir Mehdizadənin Rauf Rayın, Qaraqanın fotolarını qoyan bir sürü mənasız qızlar var. Bir bunlar adamı bezdirib, bir də gitara çalan mənasız qızlar… Bu qızların nə istədikləri də bəlli deyil? Öz mənasız, kədərli, gözüyaşlı həyatlarını daşıyıblar Facebook-a… Əvvəl gic-gic xatirə dəftərləri yazırdılar, indi də gic- gic statuslar yazırlar. Bu mənasız qızlara Üzeyir Mehdizadənin və Qaraqanın da avara fanatları daxildir.
***
Dinsizin öhtəsindən imansız gələr… Qaraqanın öhtəsindən Üzeyir gələcək… Çünki ikisinin də fanat sürüsü eyni məzmundadır. Qaraqanın fanatları Üzeyir Mehtizadənin fanatları kimi bir şeydir. Yəni sürü… Mənasız, boş adamlardılar… Üzeyirin fanat sürüsü daha səmimidir… Kitab oxumağa, alternativ olmağa, səviyyəli olmağa iddialı deyil… Amma Qaraqanın sürüsü, əksinə, çox təhlükəlidir… Nadanlar həm müasir olmaq istəyirlər, həm ağıllı, həm də fərqli… Daha demirlər ki, oğurluq “A” romanını oxumaqla bir şey qazana bilməzlər!!!

Mənə “Daldan” verin…

İyun 3, 2011

Mən deyəndə ki, xalq deyil… Dərin Özüllər Zavodudur lağ edirdiniz… Buyurun… Təzə meyvə şirəsi çıxıb. Adı da  “Daldan”dır… Kim dükana girib deyə bilər ki, salam ay xala (ay əmi) mənə  “Daldan” ver (meyvə şirəsi nəzərdə tutulub)…  Deyəsən xalqda yumor formalaşır… Daha qızışmırlar… Sadəcə gülürlər… Nə olur, olsun… Əsas odur ki, “Daldan” olsun! Xeyirli olsun… Şaddıqlarda, toyda- nişanda… Subaylar üçün olsun…

Avtobusda mühazirə…

İyun 1, 2011

95 nömrəli avtobusda arxada oturmuşdum. Bir gənc gəldi yanımda əyləşdi. Əlində kitab var idi, ingliscə nə isə oxuyurdu… Üzr istəyib, sual verdim, nə oxuduğunu soruşdum.  Aviasiya Akademiyasının birinci kursunda oxuyan gənc inglis dili dərsi oxuduğunu dedi. Yolboyu söhbət etdik, siyasətdən, iqtisadiyyatdan, mədəniyyətdən danışdıq. Daha doğrusu mən danışdım, o da çox heyrətlə, sevinclə qulaq asdı… Sanki  nəsə yeni bir şey tapmışdı… Mən avtobusdan düşməyə hazırlaşanda heyrətlə adımın nə olduğunu, məni necə tapa biləcəyini soruşdu. Mən də özümü təqdim etmədim… Dedim ölkə balacadır, mütləq bir gün görüşərik…


%d bloqqer bunu bəyənir: