Allahı başa düşənlər…

Foto: Google

Mən Allahı, peyğəmbərləri anlayan, başa düşən insanları başa düşə bilmirəm. Allah anlamının arxasında ƏDALƏT, HAQQ, BƏRABƏRLİK, QARDAŞLIQ durur. Allah institutu haqqı, ədaləti yaratmaq üçün olan bir şeydir. Allahın ədalətindən, haqqından danışanlar bu gün haqqı pozulan, hüququ olmayan insanların yanında durmaqdan qorxurlar! Allahın ədalətli olduğunu deyənlər bu gün ədalətsizlik edirlər. Ədalət kölgəsində gizlənən ədalətsiz adamlar bədbəxt adamlardılar. Bu gün bircə kəlmə, bircə söz həqiqəti danışa bilməyənlər peyğəmbərlərdən hədislər danışırlar. Yoxsa din, iman ikiüzlülük öyrədir? Yoxsa şərə qarşı sakit durmaq öyrədir? Həqiqəti danışa bilməyənlər ən azı susa bilərlər. Ən azından inanc anlayışını məhv edən yalandan uzaq dura bilərlər…  Allaha inanan adamların yalan danışması çox maraqlıdır. Həqiqəti danışa bilməmələri də! Allahdan qorxanlar bu gün yalan danışmaqdan qorxmurlar! Əksinə daha da həyasızlıq edirlər, “təki işim qabağa getsin” deyirlər…

Allaha inanıb, yalanın yanında durmaq, yalan danışmaq allaha xəyanətdir!

Bir Cavab to “Allahı başa düşənlər…”

  1. kenan Says:

    hər gün 10 dəfə “ya Hüseyn” deyənlər Həzrəti Hüseyn`in Kərbəla`ya “bugün haqsızlıq qarşısında durmazsam, qiyamətə qədər heçkim durmayacaq” dediyini başa düşsəydilər belə etmezdiler..onlar Allahı başa düşməyiblər..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: