Archive for İ

Həyasızlıqdan terrora

May 25, 2011

Foto: Google

Ağalar Məmmədov

“Biz onu öldürdük” (Nitsşe)

“Qayda” terror təşkilatının başçısı sayılan və emblematik fiquru olan Bin Laden ideal variantda ABŞ-a diri lazım idi, ya ölü? “Biz onu öldürdük!” dezinformasiyası arxasında əslində diri. Bu basqın əməliyyatının illərlə və incəliklə planlaşdırılmasındakı məqsəd də onu diri ələ keçirmək idi. Məqsəd öldürmək olsa idi, bu əməliyyatı daha tez və asan həyata keçirmək olardı. Bin Ladenin həbs edilmiş olmasını açıqlamaq isə onu daha da qəhrəmanlaşdıra bilərdi (Maraqlıdır ki, ABŞ 15 ildən çoxdur Yaxın Şərqdə müharibə aparır, ancaq onun ordusundan bir nəfər də dünya gündəmində qəhrəmanlaşmamışdır).
(more…)

Seksual inqilaba bir addım? (VİDEO)

May 16, 2011

Eurovision sevincindən sonra Azadlıq Meydanında bir qadın üst geyimini soyundu. Mən də bunun fotolarını bloga yerləşdirdim. 3-4 şərh etdim. Dünən dünən və bu gün bloqum 10 minə yaxın izlənilib. Şərhlərin sayı yüzdən çox olub. Söyüşlə olan şərhlərin çoxunu silmişəm… Facebook-da 3 mindən çox share edilib… Münasibət bir mənalı deyil. İnsanların marağını nəzərə alıb həmin qadının videosunu da bloqa əlavə edirəm… Bu qadın Ell&Nikki qədər məşhurdur. Sonra deyirlər ki, blog oxuyan yoxdur. Böyük Britaniyada şahzadə evlənəndə onların nigahdan sonra öpüşmə səhnəsini heç bir TV, qəzet dərc etmədi. Utandılar… Amma Lider TV günün günorta çağı efirə PORNO görüntülər vermişdi. O zaman hər kəs susmuşdu.

(more…)

Seksual inqilaba bir addım? (FOTOLAR)

May 15, 2011

Eurovisiondan sonra. Bakı küçəsi. Sevincindən üst paltarını çıxardan qadın. Foto: M. Hüseynov

(more…)

Facebook-un tərcüməsi necə başladı?

May 6, 2011

2008-ci ildə Facebook sosial şəbəkəsini Azərbaycancaya tərcümə ediləndə sosial şəbəkənin 60 milyon üzvü var idi. O zaman Facebook-u Azərbaycan dilinə tərcümə üçün bir neçə gənc başlatmışdı. Bu könüllü tərcümə idi. Böyük şəbəkənin böyük tərcüməsi idi bu. O zaman tərcümələri Gəncədən olan Tural adlı gənc sürətlə edirdi. Sonra başqa uşaqlar da var idi. Məsələn gənc bəstəkar Firudin Allahverdi də sosial şəbəkənin tərcüməsi üçün xeyli işlər görmüşdü. Sonra 3-4 nəfər dostla birlikdə bir FB qrup açdıq və insanları tərcümə üçün təlimatlandırdıq. Qrup adından edilən çağırışa xeyli insan qoşuldu və sosial şəbəkə (pis də olsa) azərbaycan dilinə tərcümə edildi…

Əslində əvvəlcədən bilirdik ki, bu şəbəkə kök ata- ata gedir və tərcüməsi şəbəkələşmək üçün effektivdir. Onun üçün də tərcümə edildi. Mən Facebook-un gücünə 2007-ci ildən inanırdım… İndi də inanıram ki, Facebook yaxın bir neçə ildə çox şey, lap çox şeyi dəyişəcək!

Təxmini statistikaya görə, 2007-ci ildə FB-dan 30-40 min aktiv azərbaycanlı istifadə edirdi. Bu gün isə yüzminlər aktiv istifadə edir. Bu müsbət dəyişikliyi, şəbəkələşməni heç kim dayandıra bilməz! Gələcəklə mübarizə aparanlar məğlub olacaq!

Cabbar üçün…

May 5, 2011

Cabbar artıq həbsdədir. Qurma, saxta, yalan ittihamla onu həbs etdilər! Onun həbsini başa düşmək olur: Gəncləri qorxutmaq istəyirlər. Yalana, saxtakarlığa vərdiş etmiş sistem öz münasibətini bir daha göstərdi. Dünən Cabbar məhkəmədə çıxışında belə deyib: «Məni türmələrə atsalar da, onsuz da azadam. Biz azadlıq uğrunda sona kimi döyüşəcəyik».

1980-ci ildə Türkiyədə aksiyaların birində etirazçı gənc Erdal Eren həbs edilib, edam edilmişdir. O zaman Erdal Erenin 17 yaşı var idi. Erdal Erenin edamı üçün Teoman gözəl bir mahnı oxuyub. O mahnını Cabbar Savalana da həsr etmək olar.

Allahı başa düşənlər…

May 4, 2011

Foto: Google

Mən Allahı, peyğəmbərləri anlayan, başa düşən insanları başa düşə bilmirəm. Allah anlamının arxasında ƏDALƏT, HAQQ, BƏRABƏRLİK, QARDAŞLIQ durur. Allah institutu haqqı, ədaləti yaratmaq üçün olan bir şeydir. Allahın ədalətindən, haqqından danışanlar bu gün haqqı pozulan, hüququ olmayan insanların yanında durmaqdan qorxurlar! Allahın ədalətli olduğunu deyənlər bu gün ədalətsizlik edirlər. Ədalət kölgəsində gizlənən ədalətsiz adamlar bədbəxt adamlardılar. Bu gün bircə kəlmə, bircə söz həqiqəti danışa bilməyənlər peyğəmbərlərdən hədislər danışırlar. Yoxsa din, iman ikiüzlülük öyrədir? Yoxsa şərə qarşı sakit durmaq öyrədir? Həqiqəti danışa bilməyənlər ən azı susa bilərlər. Ən azından inanc anlayışını məhv edən yalandan uzaq dura bilərlər…  Allaha inanan adamların yalan danışması çox maraqlıdır. Həqiqəti danışa bilməmələri də! Allahdan qorxanlar bu gün yalan danışmaqdan qorxmurlar! Əksinə daha da həyasızlıq edirlər, “təki işim qabağa getsin” deyirlər…

Allaha inanıb, yalanın yanında durmaq, yalan danışmaq allaha xəyanətdir!

3 May: Elmar üçün…

May 3, 2011

3 May- Beynəlxalq Mətbuat Azadlığı Günündür. Azərbaycanda da bu gün qeyd edilir. Azərbaycanda jurnalist olmaq prezident, nazir olmaqdan çətindir.  İlham Əliyevin prezidentliyi dövründə Monitor jurnalının baş redaktoru Elmar Hüseynov öldürülüb. Amma indiyədək jurnalistin qatilləri tapılmayıb.  Elmar Azərbaycan mətbuatının azadlığı üçün çalışan bir jurnalist olub. Ümumiyyətlə jurnalistika azad insanların sevdiyi sahələrdən birisidir. Elmar Hüseynovun qatillərinin tapılmaması jurnalistlərə olan təhlükəni hələ də saxlayır. Elmar öldürülsə də onun fikirləri, cəsarəti hələ də jurnalistlərin içində yaşayır. Bu hissləri kimsə ifadə etmək üçün qorxa, çəkinə bilər… Amma gec- tez hər kəs özünü azad ifadə edə biləcək, qorxmadan fikirlərini yazacaq, bölüşəcək!

Həyat davam edir… Hər şey bir anda dəyişə bilər! Əbədi heç bir şey yoxdur! Hər kəsin hava almaq haqqı olduğu kimi, azad danışmaq, azad yazmaq, azad fikir bildirmək, azad müzakirə etmək haqqı var! Heç kim onlardan bu haqqı ala bilməz. Gec- tez bu haqqlar öz sahiblərinə, azad insanlara qayıdacaq! İnglislər demiş:  No pain, No gain!

Bayramınız mübarək azad insanlar, azad jurnalistlər!

Ben Ladeni Masonlar öldürüb…

May 2, 2011

Səhər CNN-də xəbərlərə baxan kimi tez yadıma düşdü ki, savadsız müsəlmanlar yenə başlayacaq ki, Ben Ladeni Masonlar öldürdü. Yenə də nağıllar, əfsanələr… Azərbaycanda bir kəlmə həqiqəti danışa bilməyən insanlar Pentaqon sistemindən, əməliyyatların xəritəsindən, Masonların Ben Ladeni necə öldürməyindən danışacaqlar:  Sən bilmirsən, Masonlar öldürüb… Mən indidən iyrənirəm artıq…

Bu il maraqlı ildir… Artıq Şərqdə zibillərin sayı azalıb…


%d bloqqer bunu bəyənir: