Obama necə qələbə qazandı?

Oxuyacağınız bu məqaləni 2008-ci ildə tərcümə etmişdim. Bu yazını o zaman qəzetlər və internet saytları çap etmişdi. Yazının əhənmiyyətini nəzərə alıb, yenidən bloqumda paylaşmaq qərarına gəldim. İnternetdən istifadə edən Obama necə uğur qazandı. Hər halda bu görünən və insanların bildiyi tərəfdir…

Amerika prezidenti Obama. Foto: Rəsmi sayt

OBAMANIN QƏLƏBƏ YOLU İNTERNETDƏN KEÇİB

ABŞ-ın ilk qara dərili prezidenti olaraq tarixə düşən Barak Obamanın seçki qələbəsinin arxasında aylardır davam etdirdiyi seçki kampaniyasının böyük rolu var. Obamanı zəfərə aparan kampaniyanın başında isə iki şəxs: David Axelrod və David Plouffe durur.

ABŞ-ın yeni prezidenti Barak Obamanın zəfəri yalnız ABŞ-da deyil, bütün dünyada sevinclə qarşılandı. Obamanın həm seçki qələbəsini, həm də insanların böyük sevgisini qazanmasının səbəbi, onun kampaniyası oldu. Kampaniyanın müvəffəqiyyətinin arxasında isə iki ad David Plouffe və David Axelrod durur.  Bu insanlar Obamanın internet strategiyasını elə qurmuşdular ki, yeniyetmədən tutmuş, qoca adama kimi hər kəsin Obama haqqında müsbət rəyi formalaşmışdır.

David Axelrod. Foto: ABCNews

Barak Obama, Demokrat Partiyanın namizədi ola bilmək üçün əvvəlcə Hillari Klintona qarşı mübarizə apardı. Demokrat Partiyasında namizədliyi dəqiqləşdikdən sonra  Respublikaçılar Partiyasından Con Makkeynlə gərgin mübarizə keçmiş oldu. Həm xanım Klintonun, həm də Makkeynin seçki kampaniyaları Obamadan daha təcrübəli idi. Ancaq David Axelrod və David Plouffenin rəhbərliyi ilə başladılan kampaniya ABŞ tarixinin ən müvəffəqiyyətlilərindən biri oldu.

UĞUR NECƏ QAZANILDI?

Obama prezidentliyə namizəd olduğu zamandan internetin bütün imkanlarından maksimum istifadə edildi. Bunda xüsusilə David Axelrod təsirli oldu. Obamanın namizədliyi açıqlananda, onu tanıdan qısa videolar internetdə yayımlandı və yeni namizədin siyasi fikirləri e-maillər vasitəsilə insanlara çatdırıldı.

İnsanların seçki kampaniyasına birbaşa qatılmasını təmin etmək üçün, Obamanın veb saytı interaktiv hala gətirildi. Axelrod, “Veb 2.0” texnologiyasının kampaniyada istifadə edilməsinə təşəbbüskar oldu. “Facebook” başda olmaqla sosial şəbəkələrdə də Demokrat namizəd Obamanın reklamı edildi.

Ayrıca Obamanın veb səhifəsində (www.barackobama.com), tərəfdarlarının öz blogunu və ya fərdi səhifələrini yaratmaqlarına imkanlar yaradıldı. Bu da Axelrodun təklifi idi.

Ancaq kampaniyanın ən maraqlı nöqtəsi, Demokrat Partiyasına internet vasitəsi ilə pul hədiyyə etmək imkanlarının yaradılması idi. Toplam 475 min adam internet vasitəsi ilə pul hədiyyə edərək kampaniyaya dəstək verdi.

“CHANGE”-nin yaradıcısı AXELROD

Obamanın əsas “Chahge” (Dəyişiklik) şüarını da David Axelrod hazırlamışdır. Axelrod, oktyabr ayında Obamanın Hillari Klintondan geridə qaldıqlarını və dəyişmə olmasını bildirir: “Hillari Klinton Vaşinqtonda daha çox tanınırdı. Obama isə yeni idi. Buna görə də “Chahge” dedik və bu bizim işimizi asanlaşdırdı.”

Change şüarı və Obama. Qələbəyə gedən yol. Foto: Reuters

“Chahge” şüarı Makkeynin kampaniyasına qarşı da istifadə edildi və Obamanı zəfərə aparan kampaniyanın əsas şüarına çevrildi.

BİR REKLAMA 4 REKLAMLA “CAVAB VERMƏK”

David Plouffe isə, kampaniya zamanı icra edilən müvəffəqiyyətli reklam strategiyasının memarı oldu. Obamanın kampaniyasının əsas və başlıca hədəfi, irqi ayrıseçkilik, müsəlman və təcrübəsiz olduğuna dair iddiaları aşmaq idi. Joe Bidenin prezident köməkçisi namizədi olaraq təyin olunması təcrübə mövzusunda çox şey qazandırdı. Ancaq Obamanın qaradərili olmasından əlavə, prezident olmaq üçün lazımlı bütün xüsusiyyətlərə sahib olduğunu da vurğulamağa əhəmiyyət verdilər. David Plouffe Obama üçün, bənzəri görülməmiş bir reklam kampaniyası başladılmasını təşkil etdi. Obamanın platformasını əks etdirən videolar internetdə baxış rekordu qırırdı. Bundan əlavə Makkeynin yayımladığı bir video reklam, Obamanın dörd video reklamı ilə “cavablandırılırdı”.

Kampaniyanın təsiri özünü göstərməyə başlamışdı və Obama sorğulara görə Makkeyndən öndə gedirdi. Sentyabrda baş verən iqtisadi böhran da Obamaya yardımçı oldu. Makkeyn investisiya bankı  “Lehmann Brothers”in müflisləşdiyi gün “İqtisadiyyatımızın təməlləri möhkəm” deyə bildirdi. Bu böyük səhvlərdən biri idi.

OBAMA: ABŞ TARİXİNDƏKİ ƏN YAXŞI SEÇKİ KAMPANİYASI QRUPU

4 Noyabr gecəsi – Obama qalib gəldikdə 21 aylıq marafon sona çatdı. Qazanılan zəfərdə, yeni yolları sınayan və texnologiyaların imkanlarından sonuna qədər faydalanan müvəffəqiyyətli kampaniyanın böyük təsiri oldu. Seçkidən sonra Obama, həyat yoldaşı, qızları və köməkçisi Joe Bidendən seçkidən dərhal sonra David Plouffe və David Axelroda belə təşəkkür etdi: “Onlara minnətdarıq. Bu qrup ABŞ tarixindəki ən yaxşı seçki kampaniyası qrupudur.”

Advertisements

Etiketlər: , , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: