Məğlub televiziyalar…

Azərbaycanda yerli televiziyalar artıq məğlubdur. Bu müzakirəsizdir…  Artıq TV-yə baxıb, inanan yoxdur. Televiziya tamaşaçılarını Elgiz-melgiz, Fərda- mərda səviyyəsinə endirdilər. Ona görə də, heç kim artıq Tv-yə baxmır və inanmır. TV-də porno görüntülər belə verəndə izləyici çox az olmuşdu… Həqiqəti göstərməyən telekanala insanlar niyə baxmalıdırlar? İnsanlar başa düşürlər ki, onlar aldadılıb, onlara yalan deyiblər. İnsanlar səhər küçədə, yolda, bazarda gördüklərini TV-də görmürlər.  İnsanlar AzTV-də palçığa batmırlar. Amma həyatda palçığın içində yaşayırlar…

Hər zaman Mirşahinin verlişləri baxımlı, müzakirəli olub. Deyirlər bu gün də nəsə danışıb Mirşahin… Amma Mirşahinin danışdığına heç kim baxmayıb… Bu özü artıq bir ciddi nəticədir. Mirşahin də eşidilmirsə deməli cəmiyyətdə hava başqadır.

Mirşahin Azərbaycan televiziyasının ən tanınmış, ən məşhur simasıdır. İndi heç ona qulaq asan, baxan yoxdur. Hələ müzakirə edilməməyindən danışmıram.

İnsanlar TV-dən bezib. İndi insanlar üçün Facebook, Twitter daha əhəmiyyətli, daha maraqlıdır. Çünki burada insanlara yalan, saxta xəbər soxuşdurulmur. Hərə özü üçün bir şəbəkə düzəldir və informasiyaları ordan çox rahat və çox tərəfli əldə edir. Eyni şey qəzetlərə də aiddir. Facebook-da bir cümlə status, bir balaca qeyd qəzet yazılarından daha çox oxunur, daha çox müzakirə edilir, daha çox LİKE qazanır…

Yeni media köhnə medianı məhv edib! Bu yeni dövrün yeni başlanğıcıdır…

Advertisements

Etiketlər: , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: