Səfirlə görüşdə…

Mattew Brayza / Foto: AFP

Bu gün bir qrup gənc Amerikanın Azərbaycandakı səfiri Mattew Brayza ilə görüşdü. Çox səmimi keçən görüşdə gənclər həqiqətən çox ciddi məsələləri səfirin diqqətinə çatdırdılar, müzakirə etdilər. Səfir də çox müsbət mesajlarla hər suala cavab verdi.  Əslində mən belə bir müzakirə olacağına inanmırdım. Amma çox maraqlı müzakirə alındı.

Qarabağ problemi, Azərbaycanda demokratiya, insan haqqlarının vəziyyəti müzakirə edildi. Səfirdən həbsdə olan gənclər, son zamanlar qanunsuz həbslər barədə də suallar soruşuldu.

Azər Məmmədovun רok konsertinin təxirə salınması da səfirin diqqətinə çatdırıldı.

*

Mən  Azərbaycanda internet problemindən, internetdə olan senzura, monopoliya və internetin sürətinin aşağı olmasını səfirin nəzərinə çatdırdım. Azərbaycanda hökümət tərəfindən qapadılan tinsohbeti.com, susmayaq.biz və digər saytlar və problemlər barədə məlumat verdim. FM tezliyi əlindən alınmış xarici radiostansiyaların problemini də qeyd etdim.

Görüşdən sonra isə səfirin nədən Twitter hesabı olmadığını soruşdum. Bildirdim ki, Twitter hesabı vasitəsiylə bütün dəqiq və tərəfsiz məlumatı çox tez əldə edə bilər. Səfir Twitterin çox əhəmiyyətli olmasını və yaxın günlərdə Twitter hesabı açacağını söz verdi…

**

Bayramınız da mübarək, dostlar…

Etiketlər: , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: