«Bizi həbsə salın, öldürün bizi!Biz öz ölkəmizi geri istəyirik!»

Misirli aktivist Wael Ghonim Təhrir meydanında çıxış edərkən. Foto: Reuters

Misirli veb aktivist Vael Ghonim 1980-ci ildə Misirdə anadan olub. Çoxları Misirdə baş verən inqilabı onun adıyla bağlayırlar. Kompyuter mütəxəssisi olan Vael Ghonim Google şirkətinin Yaxın Şərq və Şimali Afrika bölməsində işləyir. Vael Ghonimin CNN kanalına müsahibəsi.

– Siz Misirdə inqilab planlaşdırmışdınız?

– Hm… Bəli… Planlaşdırmışdıq.

–    Plan nədən ibarət idi?

–    Kasıb insanların yaşadığı ərazilər başda olmaqa plan insanları küçəyə çıxartmaq idi. Bizim əsas tələbimiz insanların gündəlik həyatlarına təsir edən şeylər idi.

– Müsəlman Qardaşlarının bu üsyanda iştirakının böyük olduğu deyilir. Siz özünüzü və dostlarınızı aksiyalarında iştirakı necə təsvir dərdiniz?

– Müsəlman Qardaşlarının ümumiyyətlə təşkilatçılağa aidiyyəti yox idi. Aksiyalar başlayanda onlar rəsmi açıqlama yayaraq aksiyaları dəstəkləmədiklərini bildirdilər. Onların gənc üzvləri aksiyaya qoşulmaqlarına isə mane olmayacaqlarını bildirdilər. Ümumiyyətlə isə, əgər cəmiyyəti azad etmək istəyirsinizsə onlara internetə çıxış hüququ verin. Bu zaman gənclər tərəfsiz media görəcəklər. Onlar öz və başqa millətlər haqqında həqiqətləri öyrənəcələr. Onlar bir- birləriylə əlaqə saxlayacaqlar və birgə iş görəcəklər.

– Bu internet inqilabı idi?

– Şübhəsiz ki, bəli. Mən bunu İnqilab 2.0. (Revolution 2.0.) adlandırardım.

– Misir höküməti konsitutsiya dəyişiklikləri, son parlament seçkilərinin araşdırılması, gənclərin tələblərinə cavab verməy barədə düşünürdü. Siyasi həbslərin dayandırlması, KİVlərin azad edilməsi və s. Siz bu barədə nə düşünürsünüz?

– Artıq danışıqlar zamanı deyil. Biz küçələrə çıxdıq və danışıqlar aparmaq istədik. Biz istədik ki, öz hökümətimizlə danışaq. Biz qapını döydük. Onlar gecə bizlə danışmağa qərar verdilər: Rezin güllələrlə, polis dəyənəyi ilə, su şırnağıyla, göz yaşardıcı qazla və bizdən 500 nəfəri tutmaqla. Çox sağ olun, biz mesajinizi aldıq. İndiysə biz yüksəlmişik və biz həqiqətən böyük bir güc olduğumuz anda onlar bizi dinləməlidirlər.

– Aksiyalarda siz də həbs edilmişdiniz. Sizcə bu təsadüf idi yoxsa planlaşdırılmış həbs idi?

– Əlbəttə ki, onlar məni tutmaq istəyirdilər. Bunun üçün planları var idi.

– Həmin anda nə düşünürdünüz?

– Mən çox qorxdum. Sonradan mən bütün bank hesablarımı həyat yoldaşımın adına keçirdim. Çünki mən etiraz aksiyalarında ölə bilərdim. Küçədə onminlərlə insan azadlıq uğrunda ölməyə hazır idi. Misirdə dəyişikliklər olacağı barədə çoxlu bəyanatlar verdilər. Ömər Süleyman dedi ki, Misirlilər demokratiyaya hazır deyil və s.

– Siz də belə düşünürsünüz ki, Misirlilər demokratiyaya hazır deyil?

– Bu əslində bizim rejimlə olan problemiminzdir. Bir qrup insana elə gəlir ki, onlar xalq üçün daha düzgün qərarlar verə bilərlər. Onlar KİV-lərdən beyinləri yumaq üçün istifadə edirlər. Etiraz edənlərə isə beysbol zopası ilə cavab verirdilər.

– Hər hansı bir məsuliyyət hiss edirsiniz?

– Yox, Təəsüf edirəm, yox! Mən sadəcə meydanda ölənlərə görə təəsüflənirəm. Amma mən məsuliyyət hiss etmirəm. Sadəcə mən bu insanları unuda bilmirəm. Orada mən və ya mənim qardaşım da ölə bilərdi. Aksiyalar zamanı insanlar polis tərəfindən öldürüldü.  Bu cinayətdir və buna görə də hökümət getməliydi. Mən ölməyə hazıram. Mənim itirməyə çox şeyim var. Mən dünyanın ən yaxşı şirkətində işləyirəm. Mən həyat yoldaşımı və ölvadlarımı sevirəm. Arzularım naminə  mən bütün bunları itirməyə hazıram. Və heç kəs bizim istədiyimizə qarşı çıxa bilməyəcək! Heç kəs!  Və mən bunu Ömər Süleymana deyirəm. O bunu görəcək! Siz bizi saxlaya bilməyəcəksiz. Məni oğurlayın, dostlarımı da oğurlayın! Bizi həbsə salın, öldürün bizi! Nə istəyirsiniz edin. Biz öz ölkəmizi geri istəyirik! Sizlər 30 ildir bu ölkəni dağıdırsınız! Bəsdir! Bəsdir! Bəsdir!

P.S. Wael Ghonimin bu müsahibəsindən bir neçə gün sonra Misirdə inqilab baş verdi. Diktator Hüsnü Mübarək devrildi. Bu günlər ərzində İsrael və Amerika kəşfiyyatı Hüsnü Mübarək hökümətini qorumaq üçün milyonlarla dollar xərclədi. Amma azadlıq istəyən xalq sübut etdi ki, onun istək, arzu və iradəsinin qarşısında heç nə dura bilməz!

Bir Cavab to “«Bizi həbsə salın, öldürün bizi!Biz öz ölkəmizi geri istəyirik!»”

  1. B.P Says:

    «Bizi həbsə salın, öldürün bizi!Biz öz ölkəmizi geri istəyirik!»Bu şüarı Azərbaycanda kiminsə hüneri çatacaq demeye?Mence ölkədə inqilabın baş vermesi üçün genclərin birləşməsi lazım.Ölkəmizdə isə şərəfli insanları yarıda qoymaq bizim xislətimizdədir.Əgər cəmiyyətimizi azad etmək istəyiriksə buna can atan şəxslərə hər birimiz kömək etməliyik.Azad ,ədalətli gələcək namine!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: