8 Mart – QIJIlar bayramı

Artıq 8 martdır. Erkək qıjılar ayaqqabılarını mazlayıb hazır durublar. Startı basandan sonra oyun başlayacaq… Sabah dönərxanadan dönər alıb yeyəcəklər, sonra telfona kontur yükləyib birbaş ağzı şəhər istiqamətdə gələcəklər. Sabah qıjıların keyf günüdür. İsəkkizi mart günü…  Bulvar dağılajax sabah. Avtobus- metro abırdan düşəcək sabah. Sabah şəhərin anasını ağladacaqlar. 8 Mart birbaşa insan hüquqlarıyla bağlı gündür. İşçi hüquqlarıyla bağlı gündür. Bu günün  hüquqsuz kölələrə, qıjılara dəxli yoxdur.

Sabah erkək qıjılar qadın qıjılara mişka, “çexiskiy” kalqotka, metroda satılan bir litri 1 manata olan ərəbiskiy sarı rəngli duxulardan alajaxlar. Statistika göstərir ki, 8 mart günündə şəhərin mərkəzində semiçka qıtlığı yaranır. Qıjılar semiçkadan ton- ton alıb çırtlayırlar, qabığını da tüpürürlər qarşıdan protiv gələnin üzünə… 8 martda təkcə qara qızılın qiyməti bahalaşmır, həm də qara semişka bahalaşır.

Sabah 8 martdır. Bir də görürsən belə vaxtlarda qıjılar Bulvarda boğuşurlar. Söhbətin axırı da həmmişə belə bitir: Anamız, bacımız var. Sən də qaqaş, mən də qaqaş… Yaxşı oğlan…

Getdim… Sizinlə Bakı- Tbilis avtobusunun arxasındakı şüarla sağollaşıram: ALLAH AMANINDA!

Advertisements

Bir Cavab to “8 Mart – QIJIlar bayramı”

  1. wordsiz Says:

    Gözəl yazmisan, 8 mırt. Gəlinlərin qaynatalarının (hətta evə gələn qonaqların) ayaq yuduğu yerlərdə 8 martın keçirilməsi anlaşılan deyil.

    http://wordsiz.wordpress.com/2011/03/07/ess%C9%99k-qanqali-qizil-gul-v%C9%99-8-mart/

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: