Mən niyə ermənidən pul alacam?

Çarəmiz yoxdur. Azərbaycanda parlament seçkiləriylə bağlı fotokitab hazırlamaq istəyirik. Kitabın hazırlanmasında gənc, qürurlu, peşəkar və kasıb dostlarımız iştirak edir. Kitabın çapı üçün bir xırda pul lazımdır. Biz qapı- qapı düşüb dilənmişik. Başımızı aşağı salıb, utandığımızdan gülə- gülə insanlardan bir- bir pul yığmışıq. Adlarını sırayla dəftərçəyə qeyd etmişik, kitab çap ediləndə də qapılarına düşüb paylayacağıq. Nə etməliyik? Başqa yol yoxdur. Ya tabuta girməliyik, ya da yola çıxmalıyıq.

Biz inanırıq ki, bizim parlament seçkilərində çəkdiyimiz fotolar insanları düşünməyə, özlərinə sual verməyə məcbur edəcək! İnanırıq ki, özümüzü özümüzə göstərəcək fotokitab cəmiyyəti bir balaca da olsa irəliyə aparmaq gücündə olacaq. Məncə insanı, hadisəni unutmaq olur! Amma məhz fotonu unutmaq olmur! Foto canlı bir saniyədir. Bu bir saniyəni evindəki divardan asmaq mümkündür. Bu bir saniyəyə baxıb, düşünmək olar…

***

Kitabın çapı üçün kifayət qədər pul toplamışıq. Amma yenə də maliyyə çatışmamazlığı var. Azərbaycanlılar hər şeyə pul xərcləyər. Amma kitaba yox! Əgər azərbaycanlı yardım etmirsə, mən bu əhəmiyyətli kitabın çapı üçün ermənidən də pul almağa hazıram! (Məqsəd kitab çapıdır. Vasitələr maraqsızdır) Bundan sonra kitab işinə biganə qalan azərbaycanlı nə haqla məni ermənidən pul almaqda ittiham edə bilər? Görəsən burada da öz sakit biganəliyini nümayiş etdirə bilərmi? Əsla! Özünüz pul vermirsiniz, cəhənnəm! Amma mən ermənilərdən pul alıb kitabı çap etdirsəm, hoppanıb düşməyin! Azərbaycanlı üçün kitab əhəmiyyətsizdir axı…

***

Kitabda fotoları olan fotograflar çox rahatlıqda xarici mətbuatda, jurnallarda, qəzetlərdə, sərgilərdə iştirak ediblər. Gənc dostlarımızın peşəkarlıqlarına xaricilər şübhə etmirlər. Buna görə də bizlər onlar üçün daha əhəmiyyətliyik.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: