Niyə Twitter?

Twitter möhtəşəm bir şeydir.  Bir hadisəylə bağlı ən geniş, ən dolğun, ən maraqlı, ən həyəcanlı, ən fərqli xəbərləri məhz Twitterdən almaq mümkündür. Düşünməyin ki, Twitter çətindir. Bu belə deyil… Twitter Facebookdan, YahooNews, GoogleNewsdan daha sadə və başadüşüləndir.

Twitterdə qeydiyyatdan keçmək cəmi 1 dəqiqə çəkir. Qeydiyyatdan keçin. Bir mövzuyla bağlı məlumatlar almaq istəyirsinizsə sadəcə SEARCH (AXTARIŞ) yerinə axtardığınız sözü ingliscə yazın. İstədiyiniz mövzuyla bağlı xırda- xırda informasiyalar sizə çatacaq. Xəbərləri Twitt (paylaşanlar) edənlər sadə ingliscə yazırlar. Bunu da hamı başa düşür!

Agentliklərdən, televiziya kanallarından daha sürətli xəbər verir Twitter. Daha dəqiq xəbər verir Twitter!

Bəzən Twitterdən şikayət edirlər ki, heç nə başa düşmürük. Twitterdə FOLLOW (İzləmək kimisə) adlı bir xüsusiyyət var.  Məsələn mən  dünyanın aparıcı agentliklərini izləyirəm. Onlar da tez-tez, xırda- xırda informasiyalar yayırlar. İnsanlar da belə edir…

Məsələn1 hansısa bir agentlik və ya TV xəbərləri öz maraqlarına uyğun yönləndə bilər… Amma Twitter buna icazə vermir. Twitter bir növ xəbəri 6-7 mənbədən insanlara çatdırır. Məsələn2 Bir bina yanırsa… Yanğın söndürən də twitt edir, zərərçəkən də, polis də, jurnalist də, hadisə şahidi də. Daha xəbər bir mənbədən, bir kanalda gəlmir. Müxtəlif mənbələrin verdiyi xəbər həqiqətin üzə çıxmasına daha yaxşı yardımçı olur.

Twitterin daha bir üstünlüyü var ki, xəbər mənbəsi tam məhdudlaşdırıla, susdurula bilmir. Bir mənbə ehtiyat edib, xəbəri yaymırsa başqa- başqa mənbələr twittlərə davam edirlər. Bir hadisə barədə də 300-400 Twitt olursa bunun qarşısını almaq, məhdudlaşdırmaq mümkünsüz olur!

Tamam, gəlin Twitterə. Gözləyirəm…

10 Cavab to “Niyə Twitter?”

  1. Selfish Says:

    Anlamiram deyenlere qatiliram.Twitde texmini 7 ay bundan evvel qeydiyyat oldum bezi tanislardan basqa fallowlaya bilmedim hec neyi :)) Search vurduqda ise istifadecilerin statuslari gelir.Qrup.sehife tapib izleye bilmirem.Statuslarada comment yaza bilmirem.Bir sozle basimi itirmisdim.Ele o gunden de twite 1,2 defe girmisem.

  2. akismet-1613328a0a2924352f37616ce3ceb341 Says:

    axaxax meselen 3 ?

  3. nunu zadeh Says:

    Bir az evvel men de twitter haqqinda bloguma yazmaq dushunurdum. sen qabaqladin🙂

  4. Tweets that mention Niyə Twitter? « Simasız quldurlar blogu… -- Topsy.com Says:

    […] This post was mentioned on Twitter by The BabayevZ, garik13. garik13 said: Niyə Twitter?: http://t.co/Bmv01NA […]

  5. aztwi Says:

    Tək ingilisçə niyə ki? Azərbaycan, rus və digər dillərdə tvitlər də var.

    P.S. Azərbaycanda tvitter istifadəçilərin siyahısı və gün ərzində ən çox müzakirə olunan mövzular bu saytda toplanır http://aztwi.com

    Milli siyahıya qatılmaq istəyirsiniz sə, @aztwi accountunu follow edin.

  6. Anar Says:

    Tviterin göstərdiyi xidmət danılmazdır – nəzəri baxımdan. Praktikada isə, tvitter bizdə də var. Sən deyə bilərsən ki, bizdə populyar deyil. Amma bu səbəb sayıla bilməz, çünki tvitterin bizdə yayılmamasının günahı öz boyunundadı. Misir hadisələrini tvitterə bağlamaq olmaz, məncə əl-Cəzirə daha böyük iş görüb, görməkdə davam edir.
    Amma əl-Cəzirə də vasitədir. Bu vasitələrdə istifadə edənlər isə misirlilərdir, inqilabı onlar etdilər.

    http://masimov.blogspot.com/2011/01/twitter-inqilab.html

  7. jafarova Says:

    teleqraf usuludur
    men sevmirem
    istenilen mehdudiyetler qiciq dogurur
    ordaki herf mehdudiyyetini de sevmedim
    ustelik bizimkiler orda aktiv deyil
    herden tweetere girende butun lentam iki neferin catlasmasi olur
    ona gore bagisla men facebookda qaliram

  8. nunu zadeh Says:

    http://nunuzadeh.wordpress.com/2011/01/29/twitter/

  9. mugan74 Says:

    dost tapa bilmirem,her sey ingiliscedi

  10. REHIMOFF Says:

    KIM TWITTERDE VARSA FOLLOW ELESIN TWITTER.COM/GOOGLEIM🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: