Qıjıların qardaşı – 2

Qlamur, mənasız, axmaq fotoqraflar barədə!

Keçən həftə QIJILARIN MODASI adlı yazı yazmışdım. Yazı xeyli oxundu. Bu seriyanı davam etdirmək niyyətindəyəm. Çünki qıjıların qardaşları məni buna məcbur edir. Kimdir qıjıların qardaşı?  Qıjılara qardaş olanlar çoxdur. Bu qardaşlardan birisi mənasız fotoqraflardır. Həqiqətən mənasız adamlar kimi, mənasız fotoqraflar da çoxalıb. Hərə əlinə bir şey alıb düşüb ortaya. Güya foto çəkirlər, düdüklər!

Nə yaxşı FOTOJOP (Photoshop yox!) var. Yoxsa düdük fotoqrafların çəkdiyi mənasız, zövqsüz fotolarına tüpürən də olmazdı. Elə bilirlər ki, bahalı fotoaparata sahib olmaq yaxşı fotoqraf olmaqdır! Qıjı fotoqraflar qız tutmaq üçün bu işi seçirlər. Normal danışmağı bilməyənlər, öz ağılına, savadına güvənməyənlər fotoaparatın arxasında gizlənmək istəyirlər. Daha bilmirlər ki, fotonun 90 faizinin arxasında güclü ədəbiyyat durur. Mən bu düdüklər üçün fotoqrafiya barədə ciddi yazı yazmaq, dərs keçmək fikrində deyiləm! Gedib sünnət toyu çəkən fotoqraflara nə başa salacam? Qıjıların qardaşı…

Azərbaycanda hamının fotoaparatı var. Amma yaxşı fotolar çox azdır. Yaxşı fotoları da düdüklər çəkə bilmir! Foto canlı bir saniyədir. Ölülər canlı bir şey yarada bilməzlər!

Dezinfeksiyaları davam etdirəcəm!

5 Cavab to “Qıjıların qardaşı – 2”

  1. Best Says:

    Əla, vaxtaşırı bloguvu oxuyuram, maraqlıdı, təşəkkür.
    Bundan əvvəlki postu da oxudum, unikal yazıdı, amma mənə maraqlı olan bir şey var, Turxan Qarışqa, fotonu sağ panelə qız tutmaq üçün qoymusan ya necə..? )))

  2. Turan Marshall Says:

    cox gozel yazmisiniz,heqiqeten de yersiz islerle mesguldular,ozlerini gostermek ucun bilmirler ne etsinler

  3. Etibarli Says:

    chox gozel yazidir Turxan … Respect!!!amma men isterdim ki, sen bu yazini bir az boyuk yaza idi, cox weye toxunardin…

  4. Anar Says:

    ala, besdü də.. haçandan fotoaparatın arxasında ədəbiyyat durur?)))) Bir dənə ola bilər ki, pornoqrafiyada olsun, onun da arxasında olsa-olsa Ziqmund Freyd dayanır.
    Hüquq fakültəsinin məzunları ölkədəki fəhlələrdən çoxdu, fərli-başlı amma hüquqşünas azdır…
    İstisnaları özün məndən yaxşı bilirsən.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: