Namaz qılan Cunqli vətəndaşları…

Su gəlsəydi...

Kimin evinə su gəlmirsə namaz qılmağa başlayır. Bəlkə Allah namaz qılanlara rəhm edər su göndərər. Allah da rəhm etmir. Su gəlmir… Sakinlər sonra şikayət edirlər ki, suyumuz gəlmir. Dəstəmaz ala bilmirik. Fikir verin tez- tez televiziyada adamlar çıxıb yaxşı bəhanə edirlər: Uşaqlar namaz qılır, suyumuz gəlmir. Hər səhər su axtarırıq ki, uşaqlar namaz qılıb dərsə getsin. Ya da ikinci bəhanə var: Evimizdə qoca var, xəstə var, əlil var! Su vermirlər. Qoca adam nəylə yuyunsun? Necə çimsin?

Əvvəl namazı gimnastika, idman üçün qıldılar! Sonra dəb, görüntü üçün! Sonra “qonşudan qalma dala”… İndi də su üçün!

Cunqli vətəndaşları bütün bəhanələri edirlər. Dindən də, uşaqlarından da, valideyinlərdən də yaxşıca istifadə edirlər! Amma adicə hüquqdan istifadə etmirlər. Demirlər ki, XXI əsrdə yaşayırıq. Pulumuzu verib, suyumuzu almaq istəyirik! Bəyəm bunun üçün də Allaha ehtiyac var? Pul verib, su almağa Allahı, dini niyə soxurlar? Pulu ver, tələb et, su al! İnsafla danışaq… Bu pulu verə bilir Cunqli vətəndaşları. Amma başları işləmir ki, tələb etsinlər. Yəni pulunu verib, suyunu tələbə etmək çoxmu çətindir? Yox!

4 Cavab to “Namaz qılan Cunqli vətəndaşları…”

  1. Cavid Says:

    Ooo insanlara qarshi bu qeder inamsizliq hardandi?neye gore insanlarin suya mehs seher seher el-uzunu yumaqchun,qoca insanlarin tez-tez yuyuna bilmesi uchun,ne bilim bu kimi sheylerchun mohtac olduguna inanmayaqki? Meqsed Allahi danmaqdirsa,siz insanlar “suya ichmekchun ehtiacimiz var” deselerde,bundan mentiqli bir unsur kimi istifade edib Allahi danacaqsiniz.Buda olacaq ateizmin “mentiqli” elmi.. Yox,eger meqsed heqiqeten insanlarin haqqi olan sheyleri teleb elemesini onlara basha salmaqdirsa,islam haqsizligin terefinde deilki,ne de,Allah Teala haqqinizi taptalatmagi size ferz buyurmayib desez kifayetdi…

    • turkhan Says:

      Insanın evinə su gəlmirsə bunun üçün Allah nə etməlidir? Suyun gəlməsi üçün Allah nəsə etməlidir? Dəhşət adamlarsız ey… Bir də burada nə ateizm?

      • Cavid Says:

        sohbet insanlarin getirdiyi behanelerden gedir basha dushduyume gore..senin narazi qaldigin esas mesele de, insanlarin oz haqlarini teleb etmemeleridir.halbuki insanlarin dedikleri behane deil,susuzluq ucbatindan chekdikleri eziyyetlerdi.butun bunlari dile getirmeleri de,su teleb etmeleri menasina gelir.yeni bu halda seni naraat eden mesele qalmamish olur.. “Eve su gelmirse Allah ne etmelidir?” deyirsen,onsuz ki insanlar Allah Tealaya qarshi gelmirdiler.yeni,demirdilerki biz hechne etmemeliyik Allah bize qeybden su gondermelidir.Olsa,olsa bezi qurumlari hech deilse Allahdan qorxmaga devet etmeyi fikirleshmish olarlar ki,bu da boyuk qebahet deil…

  2. shebnem Says:

    Bilirsiniz ümumiyyətlə belə yazılarda “bəzi” sözünü işlətmək lazımdır. Siz hardan bilirsiniz ki, bütün insanlar su üçün, kimlərdənsə geri qalmamaq üçün, fors-fason üçün namaz qılır? Axı belə deyil.

    İkinicisi isə axı bu millət nə qədər susmalıdır? Susuz yaşamaq nə dərəcədə mümkündür? Əlbəttə ki, camaat səs çıxardacaq və əlbəttə ki səs çıxardan da evində xəstəsi olan fəqir-füqəıralardır. Çünki, varlıların çətin ki, su problemi ola. Həm də əslində burda varlı-kasıb söhbəti də önəmli deyil. Əsas məsələ odur ki, bu gün bir çox evlərdə su yoxdur. Nə fərqi var ki, şikayət zamanı kim, nə bəhanə gətirir?! Axı susuz yaşamaq çətindir, həm də çox.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: