Bir heykəlcik barədə…

Bu heykəl informasiyası budur: KARSAN, KORSAN, BEYİNSİZSƏN!

Şəhərin mərkəzi küçəsində olan bu heykəli çoxunuz görmüsünüz. Ola bilər heykəllə fotonuz da var.  Bu heç də  təsadüfi heykəlcik deyil. Baş hissəsi, qulağı, gözü olmayan bu heykəl şəhərin mərkəzi küçələrində gəzən insanlara düşünməməyi, görməməyi, eşitməməyi aşılayır. Mən inanmıram ki, bu heykəlin başqa bir mesaji olsun.  Bir neçə il bundan öncə şəhərin mərkəzində zərli, bəzəkli, naxışlı Türkmənistdan fəvvarələri ucaldılanda ölkədə vəziyyət indikindən xeyli yaxşı idi. O zaman Türkmənistan fəvvarələrinin ölkənin hansı istiqamətdə yol gedəcəyini göstərirdi.

İndi də başsız, qulaqsız, gözsüz despotik heykəllərə tamaşa edirik! Vəziyyət heç də yaxşı deyil…

Hitler Almaniyası da Berlinin girəcəyində nəhəng, əzələləri görsənən heykəllər ucaltmağı planlaşdırırdı. Məqsəd faşit Almaniyasının gücünü, əzəməti göstərmək, kölələri də buna inandırmaq idi.

Advertisements

7 Cavab to “Bir heykəlcik barədə…”

  1. Emil Gala Says:

    amma danismaga umid yeri qoyublar deyesen 🙂

  2. ali Says:

    görmə, eşitmə, amma danış ))

    mən deyərdim, bu başın beyni yoxdur

  3. urfan Says:

    Yəni bu qədər cılız fikrdəsiniz? bu sadəcə dizayndır. söhbət David (Davud peyğəmbər) heykəlindən gedir. David heykəlinin beynini çıxarmaqla kimə nə edə bilərsən?

    Ümumiyyətlə Azərbaycanda hər kəs dizaynerdi, hamı bu barədə şərh deyir. özü də nə şərh 🙂

    • turkhan Says:

      Mən bloggerəm! Hər bir şeydən şübhələnmək isə mənim haqqımdır! Azərbaycandakı binaların dizaynı, memarlığıyla bağlı siz də yazın, oxuyaq. Daha Kafkanınd dediyi olmasın: “Biz gedirik, qoy donuzlar rəqsə davam etsin!”

      • urfan Says:

        Elə məhz blogger olduğunuz üçün cavab verəcəm, yoldan keçənə baş qoşmazdım.. Şübhələnirsiniz şübhələnirsiniz, heç olmasa əsaslı nədənsə şübhələnin.. dekorativ bəzəklərlə şübhələnmək yersizdir..Kim deyir ki mən yazmıram? Kafkanın dediyini isə bir kənara qoyaq, söhbətə uyğun olaraq dizaynerlərin dediyin deyək – real olanı – “hər yoldan keçən burunlarını işimizə soxmasalar olmaz”.. Problemim siznən deyil, bütün savadsız şərhçilərnəndi..

  4. turkhan Says:

    Həqiqət çox tərəflidir!

  5. Anar Says:

    Ölkə avtoritar olanda, uçan milçəyin qanadlarındakı problemi də rejimdə görmək lazımdı. Bütün problemlərin kökü gedib onlara çıxır. Qaldı ki, dizayna, o qədər də tupoy deyilik ki, bunun sadəcə heykəlcik olduğunu anlamayaq. Sadəcə, bənzətmə idi. “dənizçilik zehniyyəti ilə Titanik izləməyin”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: