Qıjıların modası…

Azərbaycanda gədəlik baş alıb gedir. Kreditə maşın alıb, adam olan qıjılar şəhəri basıb. Hara tüpürürsən onlara dəyir. QIJI Araşdırmala İnsitutu (QAİ) da Azərbaycandakı qıjıların sayını dəqiq bilmir. Araşdırmalar da öz nəticəsini vermir. Əgər İphone olmasaydı bu qıjılar oyuncaqsız qalardılar. Əgər nolyeddi olmasaydı bu qıjılar yetim qalardılar. Nolyeddi hər zaman qıjıların qız tutması üçün əla qəfəs olub. Qıjılar üçün Akşin Fatehin dini meyxanalarıyla qız tutmağın ayrı ləzzəti var! Bu qıjıların həm də öz modaları var. Bu moda ancaq və ancaq onlara məxsusdur. Gəzən qıjılar tanımadıqları qadınlara sataşa, söz ata bilərlər. Onlara icazə var. Amma onların anasına- bacısına söz demək olmaz. Heç tərs də baxmaq olmaz. Baxanda da tez yadıarına ana- bacı düşür. Adamı öldürmək, asmaq istəyirlər!

Qıjıların modası nədən ibarətdir:

Bir kaşelok. Kaşelokun üstündən bir siqaret: (KENT 8 olarsa əla olar. Olmasa da Allah verən bir siqaret də kifayətdir) Siqaret qutusunun üstündən də bir telefon. Bir telefonun da üstündən başqa bir telefon (Mütləq bir telefon 800 dollara olmalıdır. İkinci telefon da 15 şirvana). Telefonun üstündən də Bentley, BMW firmasının breloku olan Juquli maşının açarları. Di fso… Gəl yarim, gəl yarına… Çıxmışam yollarına… Və mütləq bütün aksesuarlar hamısı bir əldə tutulmalıdır. Fotoda olduğu kimi:

Qıjıların modası. West siqareti çəkən kasıb qıjı. Foto: Qıjı Araşdırmalar İnsitutu

Qıjıların modası. Kaşelokda mütləq dini təqvim olmalıdır. Foto: Qıjı Araşdırmalar İnsitutu

Ardı olacaq…

Advertisements

24 Cavab to “Qıjıların modası…”

  1. ozgurjan Says:

    ümumiyyətlə ölkənin kişi əhalisinin ən azı 50 faizi belədir. azərbaycanda qadın və kişi faiz nisbətini təxminən əlliyə əlli təsəvvür edək. belə çıxır ki ölkədə qadınların 50 faizi bunların ana bacısı düşür. və bu məxluqatlar qarşılarına çıxan hər qadın-qıza sataşırlar, amma əmindirlər ki onların ana-bacıları toxunulmazdır…. eynşteynin nisbilik nəzəriyyəsi bu möcüzə qarşısında darmadağın olur… a
    amma ciddi olsaq, bunların sataşdığı hər ikinci qadın özünün mənəvi kpyasının ana-bacısı düşür…

  2. Rustam Says:

    Turkhan,tamamile raziyam,amma kredite ve ya lizinge goturulen mashin sahiblerine pis baxmaq da duzgun deyil chunki elementar olaraq, iqtisadi baximindan kredit/lizing oz qiymetinden 3-4 min AZN baha olsa da riskli deyil.amma ”qijilar” kredite mashin belke de Iphone-u da kredite alirlar nece deyirler ”risovka” xetrine.

  3. ozgurjan Says:

    ümumiyyətlə ölkənin kişi əhalisinin ən azı 50 faizi belədir. azərbaycanda qadın və kişi faiz nisbətini təxminən əlliyə əlli təsəvvür edək. belə çıxır ki ölkədə qadınların 50 faizi bunların ana bacısı düşür. və bu məxluqatlar qarşılarına çıxan hər qadın-qıza sataşırlar, amma əmindirlər ki onların ana-bacıları toxunulmazdır…. eynşteynin nisbilik nəzəriyyəsi bu möcüzə qarşısında darmadağın olur…
    amma ciddi olsaq, qıjının sataşdığı hər ikinci qadın, bir başqa qıjının ana-bacısı düşür…

  4. wisecracking Says:

    Bliiin. Nece de nifret edirem bele seylere. Qiz gorursen, elinde iri bir canta amma pulqabi ve telefonu elinde saxlayib. Hemcinin oglanlar, siqaret, telefon elde….ciraram da ele adamlari…

  5. ilqar Says:

    raziyam fikirlerle,ama elde kawlok ve telefon tutmaq meselesi biraz muammalidi,men wexsen ele sverada caliwiramki defelerle yuksek tebeqeli,dunya gormuw wexsiyetlerle unsiyetde oluram,o wexslerin kawlokunda o qeder bank bank kartlari varki olar mecburdular elde tutmaga,telefondaki Vertu mawallah cekisi 1 kiloya yaxindi,bulari walvarin cibine qoysa eyninnen duwerki walvar:))))

  6. Cavanşir Says:

    onlar bizim geleceyimizdir..:)

  7. Aqşin Mahmudov Says:

    Yeni payız-qış kolleksiyası 2011 😀

  8. Fuad Doc Says:

    Men bele bir status yazmishdim,amma bu shekillerle,falan,yeni daha unikaldi. Portmanede Etaganin shekli olmasi vacib atributlardandir.

  9. Dark DJ Says:

    innen deyirem bu komenti pozanin vaxryoxun. ikinci de yazilan maragliydi amma uygun gelmir. elita basqa qjiji basqa. nolyetdi surenin ifonu olmur 8800 olur.

  10. zaur Says:

    insan ne qeder sade olsa o qeder yaxshidir,amma bu qijilarda ondan eser elamet yoxdur…ozlerinide cooox aqilli aparirlar.

  11. bellasumerki Says:

    ofiiqeeeet …. ya parajena .. vse to4 v to4 :)))) braaavooooooooooooo

  12. Azer Aydin Says:

    sevirem seni Turxan !

  13. Ramil Rahiboglu Says:

    TurXAN, zor yazmısan! 🙂
    StatKOM-a tapşırmaq lazımdır ki, statistik cədvəllərə yeni bənd əlavə etsin:
    1. QIJI olanların sayı
    2. QIJI olMAyanların sayı
    Necə təklifdir, TurXAN ? 🙂

  14. rufatahmad Says:

    Sağ ol, Turxan! Eşq olsun! Həmişə bloqunu oxuyuram, amma bu QAİ məsələsi lap “nobelevski” yazın oldu. Orxana da salam de. Ona denən, işdə az məzə çırtdasın mənimlə:))

    Amma, deyəsən qardaşınla tamam başqa qütblərin adamlarısız.

  15. Etibarli Says:

    Əla yazıdır ləzzət elədi QAİ
    Respect

  16. fako87 Says:

    çox maraqlı yazıdır. bu yazdığınız özlərini Hollivut gözəli sayan kşilərdir. özlərini ulduz sayıllar amma cıxdıqları …………. bəyənmirlər. Çönub arxalarına baxsalar zilildən fərqlənmədiklərini görəlllər

  17. Cavid Says:

    Bele bashliqlari chox uzatmaq olar..Ay bliiin deyen qizlar modasi.ya da ciraram o adami deyen qizlar modasi

  18. Qıjıların qardaşı – 2 « Simasız quldurlar blogu… Says:

    […] Namaz qılan Cunqli vətənd…Cavid on Namaz qılan Cunqli vətənd…Cavid on Qıjıların modası…Anar on Bir […]

  19. seda Says:

    Sağ ol, dillərinə quzu kəsim 🙂

  20. danimanson Says:

    beLke biRaz geC yaZirAm aMa sUpeR yaZiDi.. HaLaL oLsUn

  21. Jonah Wrens Says:

    bu sadece yaz-yay uslublarina aiddir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: