Teatra getmək haqqında…

Mən niyə teatra getmirəm? Bu sualı özümə tez- tez verirəm. Axı səbəb nədir? Düşündüm. Cavab da tapdım. Teatrın sosial mövzulardan uzaq olması. Həm də siyasi… Məsələn və məsələn… Mən zibilli küçələrdən keçib, avtobusda insanlar arasında tərləyib teatra gəlirəm. Səhnədə isə saxta eşq- məhəbbətdən söhbət gedirsə… İndi özünüz düşünün.

Teatr cəmiyyəti maraqlandıran mövzuları səhnələşdirməli, insanlara özlərini qıraqdan göstərməlidir! Amma Azərbaycanda belə bir teatr yoxdur. Deyə bilərlər ki, yaxşı yazar, ssenarist yoxdur! Amma bu da yalandır. Seymur Baycanın, Xalid Kazımlının, Zamin Hacının və başqa qəzet yazarlarının yazdığı hər bir mövzu teatr üçün aktual mövzular, hazır ssenarilərdir.

Cem Yılmaz, Maz Jobrani, Mixail Zodornov kimi cəsarətli, güclü stand up aktyorlarız da yoxdur ki, yuxarıda adını yazdığım yazarların yazısını səhnələşdirə bilsin!

Balaca Gürcüstanda dövlətin nəzarətində olmayan 8-9 podval (zirzəmi) teatrı (20-25 nəfər tutumlu) fəaliyyət göstərir. Bir dəfə bu teatrlarların birisində İsa Peyğəmbərin müqəvvasına od vurub yandırmışdılar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: