Mən niyə bizim ziyalılara nifrət edirəm?

Bunun səbəbi çox sadədir. Azərbaycanda ziyalılıq adına iddia edən şəxslər siyasətdən, ictimai sferadan çox uzaqdırlar. “Mən heç nəyə qarışmıram” deyən ziyalı gələk öz sərhədlərində ölüb qalsın. Heç bir siyasi, ictimai həyatdan danışmasın. Daha tula kimi hökümətin də siyasətini təbliğ etməsin! Heç nəyə qarışmayıb tula kimi hökümətin siyasətindən danışanlar yaramaz məxluqlardılar!

Bəzi “qoca yazıçılar, teatr xadimləri” siyasi suallardan qaçırlar. Amma hökümətə aid suallara ürəklə, yaltaqlıqla, sevgiylə cavab verirlər. Bu yerdə soruşan lazımdır ki, bəs deyirdin siyasətə qarışmıram? Qarışmırsansa siyasi tərəf olan hökümətə niyə yaltaqlanırsan? Məntiqlə siyasətə qarışmayan şəxs ölkədəki “iqtisadi inkişafdan, yeni tikilən körpülərdən” belə danışmaq haqqına malik deyil. Çünki bütün “iqtisadi nəticələr” hökümətin “uğurudur”.

Yazıçı Somerst Moem də yazırdı ki, yazıçı siyasətə qatışmamalı, sadəcə qırağa çəkilib ədəbiyyatla məşğul olmalıdır. Amma bu mümkünsüzdür. Bunu ən azıdan Jan Pol Sartr, Emil Zolya, Günter Grass kimi yazıçarın ictimai- siyasi fəaliyyətindən görmək olar. Bu siyahını artırmaq da olar. Bura yüzlərlə ad da daxil etmək olar. Amma yuxarıda yazdığım üç yazıçının adı kifayət edər!

Özünə ziyalı deyən adamın ictimai- siyasi yükü də olmalıdır. Bu yük onları daha da sevdirir, maraqlı edir. Xarici jurnalların birisində adını xatırlamadığım şəxs müsahibəsində siyasətlə bağlı bir maraqlı fikirini oxumuşdum: “Siyasət könüllərə rahatlıq gətirir”

***

Türkiyənin məhşur rok ifaçısı Haluk Levent televiziya verlişlərinin birisində ən böyük arzusunun siyasi partiya yaratmaq, siyasətlə məşğul olmaq istədiyini bildirmişdir. Daha mən siyasi iddiaları olan DDT qrupunun ifaçısı Yuliy Şevçukdan danışmıram!

Advertisements

Bir Cavab to “Mən niyə bizim ziyalılara nifrət edirəm?”

  1. pontipilat Says:

    “Yazar edebiyat ortamındaysa, yani yazıyorsa, özgürlüğün hep tehlikede olduğu bir dünyada, özgürlüğü belirtme ve ona seslenme görevini üstüne almış demektir. Bu ortama girmeyen bir yazar suçludur. Sadece suçlu olmakla kalmaz, çok geçmeden yazar olmaktan da çıkar. (…) (yazar) Nazilerden İspanya’dan, Yahudi sorunundan, işçi sınıfından, yaklaşan savaştan söz açarsa edebiyata ihanet mi etmiş olur?” (J. P. Sartre).

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: