Arlington qəbiristanlığı barədə…

Arlinqton məzarlığı. Vaşington. ABŞ. Foto: Google

Vaşingtonda Arlinqton qəbiristanlığını görəndə lap ölməyim gəldi. Qəbiristanlıq olmasına baxmayaraq Arlington çox sevimli yerə bənzəyirdi. Belə səliqəli məzarlığı görəndə insan vahimələnmir, ölümdən qorxmur. Daha da ölümə rəğbəti artır. Arlington məzarlığında Amerika hərbiçiləri dəfn edilib. Burada insan qorxmur, vahimələnmir…Bu  məzarlıqda insan məzarların arasından qorxulu, vahiməli qəbir daşları, qorxulu rəsimli insanları görmək mümkünsüzdür.

Mən domino daşları kimi düzülmüş qəbirləri görəndə xeyli gülmüşdüm.

Azərbaycan qəbiristanlıqlarını adam görəndə vahimələnir, qorxur. Həqiqətən cin, şeytan, inkir- minkir, cəhənnəmdəki qır qazanı, ərəbcə Quran oxuyan molla barədə düşünür! İnsan psixoloji olaraq sarsılır, qorxu hiss edir. Amma Arlington məzarlığında gülə- gülə ölüm, sevgi, yaşamaq və s. barədə ancaq və ancaq xoş, müsbət şeylər fikirləşmək olar!

Biz yaşadığımız qaramat cəmiyyət başqa dərddir! Mən indi mədəni, səliqəli qəbiristanlıq yaratmağı bacarmayan müsəlmanlar barədə düşünürəm!

3 Cavab to “Arlington qəbiristanlığı barədə…”

  1. Anar Says:

    Mən Şəhidlər Xiyabanında gəzmişəm, gecə yarısında. Vahiməli deyil. Ən azından bir nəfər (mən) orda qorxmur.
    Nəyimiz düzdü ki, baş daşımız da düz olsun?!

  2. Nasimi Kamil-zade Says:

    esline qalsa islama gore qebr dashlarini qoymaq qadagandir,bizdeki insanlar muselman adetine gore yox,mentalitet adetine gore hereket edirler ve bunun eslinde islamla yaxindan uzaqdan hecbir dexli yoxdu

  3. Cavid Says:

    Islamda gunah gormek necede asandir ele deyilmi.?!20 25 yashli bir insanin oz ozluyunde mulahizeler aparib,sonda oz ozune yarandigi kimi “mentiqli”qerar qebul etmesi bundanda asandi yeqin.Ne deyim Allah Teala islah eyleye

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: