Azərbaycanda islam təhlükəsi varmı?

Mən inanmıram ki, Azərbaycanda İslam inqilabı ola bilər. Son zamanlar forumlarda, sosial şəbəkələrdə, cəmiyyətdə bu barədə müzakirələr edilir. Amma bu mümkünsüzdür. Azərbaycanda İslam inqilabını edə biləcək bir nüfuzlu lider yoxdur. Lidersiz bu mümkünsüzdür. Azərbaycanda islamın sosial bazası  da yoxdur. Demək olar ki, Azərbaycanda siyasi müxalifət qismən sıradan çıxarıb. Müxalifətin parlamentdə bir kreslo belə qaza bilmədyinindən sonra, hakimiyyət siyasət söhbətini bağlamağa qərar verib. Əvəzində qərbə İSLAMÇILARın qızışmasını nümayiş etdirir. Qəsdən ortaya inqilab söz- söhbəti salırlar.  Düzdür, bu qorxuludur. Amma heç də real deyil. Hicabla bağlı etiraz aksiyasında Azərbaycan islamçısı onu dəyənəklə vuran polisə “Hamımız azərbaycanlıyıq…” deyirsə sizcə hansı ciddi təhlükədən danışmaq olar?

İslam və azərbaycançılıq başqa- başqa şeylərdir.

Azərbaycan İran deyil, heç Türkiyə də deyil. Burada İslamı ciddi təhlükə hesab etməyə dəyməz.  Əgər biz -Çayxana diplomatları- başa düşürüksə, İlham Əliyevin komandası Qərbə  İslamçıları fəallaşdırmaqla Azərbaycanda İslam təhlükəsini nümayiş etdirir. Özünü də dünyəvi, balanslaşdırılmış olduğunu deyərək hakimiyyəti saxlamağa cəht edirsə, bunu Qərb də çox asan başa düşür və anlayır.

Hökümətin qərbin nəzərinə çatdırmaq istədiyi məhşur ssenari belədir: Azərbaycanda siyasi müxalifət sıradan çıxıb. Bunun əvəzinə İslamçılar güclənirlər.Hökümətə gəlib, neftə yiyələnəcəklər, molla rejimi quracaqlar. İran modeli. Qərbə başa salmağa çalışırlar ki, QOYMAQ olmaz! Siyasi müxalifətin olmadığı yerdə indiki hökümət ən yaxşısıdır, əməkdaşlıq edin!

Əgər biz bu ssenarini biliriksə, sizcə qərb bunu bilmir? Seçkidən dərhal sonra da hicab məsələsini ortaya atmaq, dindarları qəsdən qızışdırmaq bu ssenarinin tərkib hissəsidir.

Hökümət tolerantlıqdan, dözümlülükdən, insan haqlarından, dini azadlıqlardan, din nümayəndələrinin sevgiylə birlikdə sakitcə yaşamasından danışırdı. Hanı bunlar?

Və xırda qeyd: Mən inanclı VƏTƏNDAŞlara hörmətlə, dözümlə yanaşıram. O zamana kimi ki, onlar mənim azadlığımı, düşüncələrimi, fikirlərimi məhdudlaşdırmayacaqlar, mənə basqı etməyəcəklər.

Advertisements

4 Cavab to “Azərbaycanda islam təhlükəsi varmı?”

  1. Blezx Says:

    Maraqlı yanaşmadır.

    Bunlar hamını ələ ala bilirlər. Müxalifətçiləri də… Biraz pul verirlər, şərait yaradırlar, keçirirlər ələ. Onlara işləməsə də, əsası odurki, onlara qarşı da işləmir.

    Yeganə kütlə dinini yaşayan müsəlmanlardırki, onları heçcürə ələ ala bilmirlər! Çünki onların istəyi nə hakimiyyətdir nə dəki pul-para! İndiki hakimiyyət üçün isə bu kütlə ən böyük təhlükədir!

    Var! Azərbaycanda İslam təhlükəsi var. Amma, hakimiyyət üçündür bu təhlükə, Azərbaycan üçün yox! Bir də, özünü savadlı sayan “bambılı” ateistlər üçündür! (Bütün ateistləri demirəm, bambılı olan sortu deyirəm!)

  2. Devrijova Says:

    Baba əla dedin! bambili olab sort! dine elmin düşmanl kimi baxan sort! özlərini ağıllı sanırlar amma ortalıqda eledikleri bir iş yoxdu! 😀

  3. Ulvi Telmansoy Says:

    sikdirsin dinlər.

  4. ƏbdulMehdi Says:

    Uzağa niyə gedirik,elə biridə dözmədi özünü burda göstərdi….))))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: