Azad sözə necə təhlükə var?

Düşünün ki, mədəni restoranların birisində yemək yeyrisiniz. Restoranın qaranlıq künçündə pianoçu sakit- sakit Ahməd Camalın caz musiqisini ifa edir. Siz də süfrənin üstən şam işığında yemək yeyə- yeyə mahnını dinləyirsiniz. Kostarika şərabı da süzülüb, masanın üstündə içilməsini gözləyir. Küçədə də sərin və təmiz hava var. İnsanlar gülə- gülə gəzişirlər. Restoran xidmətçisi də gic- gic suallarla sizi dəng eləmir.  Siz də həyacanla sevdiyiniz qadın barədə düşünürsünüz. Xəyallarda sevişirsiniz…

Birdən içəri bir müştəri daxil olur. Həyəcanlı, qaramat, qorxulu adamdır.  Buna baxmayaraq siz ona gülümsəyirsiniz, axşamınız xeyir olsun deyirsiniz. Həmin adam keçib sizin masanın yanında oturur, yemək sifariş verir. Qarınızdakı adam çox zəngindir. Həm də çox acdır. Kobudcasına yemək sifariş edir. Xidmətçi yeməyi gətirib masaya çatdırır. Adam yeməyə başlayanda, siz ona nuş olsun deyirsiniz…

Siz insan sevgisi barəsində düşünürsünüz.  İnsan məhəbbəti barəsində… Birdən qarşıdakı adam yediyi yeməyin bir parçası bığlarında ilişib qalır.

– Üzr istəyirəm… cənab, bığlarınızı təmizləyin… – deyə, səmimiyyətlə qarşınızdakı şəxsə deyirsiniz. Qarşınızdakı şəxs də masanın arxasından durub gəlir sizin üstünüzə. Başınıza möhkəm bir qapaz çırpır. Siz nə baş verdiyini anlamırsınız. Elə bu məqam sizin sifətinizə də tüpürü: “İt oğlu it… Mənə yemək yemək öyrədəcəksən? Oğraş!!!” -deyir!

Polis də gəlib, sizi tutur.

Siz nə baş verdiyini hələ də anlamırsınız…

***

Azərbaycanda da azad düşüncə sahibləri, jurnalistlər hökümət tərəfindən bu vəziyyətə salınır… Məncə əlavə şərhə ehtiyac yoxdur.

***

Siz polis bölməsindəsiniz… Sizi döyən adam ora gəlir. Və deyir ki, yaddan çıxıb, sizin başınıza qusmayıb… Polislər sizin qollarınızdan tuturlar, həmin adam da sizin başınıza qusur sonra gedir Bulvara gəzməyə…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: