Archive for İ

Küçədəki şüarlar barədə…

Dekabr 31, 2010

Arbeit macht frei (İş insanı azad edir) şüarı. Mənbə: Google

Azərbaycanda küçələrdə, yollarda ölkənin inkişaf etdirilməsiylə, insanlara olan sevgiylə bağlı yüzlərlə şüarları hər kəs görüb. Azərbaycanda bu şüarlar çox saxta və bayağıdır. İnandırıcı deyil… “Əsas məqədimiz insanları xoşbəxt etməkdir” və s. kimi şüarlar fonunda ölkəmiz talan edilir, dağıdılır, insanların ən adi hüququ, haqqı tapdalanır!

1940-1944-cü illərdə Alman Nasistlər 90 faizi yəhudi olaraq 1.1 milyon insanı Auschwitz (Освенцим) lagerində diri- diri yandırıb, külünü havaya sovururdu. O zaman nasistlər alman xalqının qədim bir deyimini -Arbeit macht frei (İş insanı azad edir) – Auschwitz lagerinin giriş qapısından asmışdılar. Lagerin girişində bu sözləri oxuyanlar iş üçün gəldiklərini və tezliklə azad olunacaqlarını ümid edirdilər. Yandırılmaq üçün gələnlər işləyib azad olunacaqlarını ümid edirdilər. Nasistlər insanları işlədib, həqiqətən də “azad” edirdilər!

Azərbaycanda da insanlar xoşbəxtdirlər! Çünki küçədəki şüarlara inanırlar!

Advertisements

Niyə aş qazanını odeyala büküb üstünə də yastıq qoyurlar?

Dekabr 30, 2010

Bizim xalq çox bəzi işlərdə lap geridə qalıb. Orxan EYPlə bir dəfə bunu müzakirə etmişdik.  Yüz illərdir Azərbaycan çayxanasında, çay süfrəsində heç bir dəyişiklik yoxdur. Əsrlərdir insanlar çay içir. Amma içdiklərin stəkan- nəlbəkiyə, çaynikə bir forma, dizayn, yeni görünüş verə bilməyiblər.  Əsrlərdir heç nə dəyişməyib. 30 əsr də keçsə bu istiqamətdə heç nə dəyişən deyil.

Mən hələ də başa düşə bilmirəm ki, niyə bu ölkədə aş qazanını odeyala büküb üstünə də yastıq qoyurlar? Tefal, Ariston Azərbaycan xalqı üçün niyə special bir şey düzəltmir axı? Marketlərə maşının baqajaında çörək gətirən adamlar da çörəyin üstünə odeyal, salafan sərir.

Güya Tefal, Ariston belə bir şey düzəltsə günümüz ağ olacaq? Yox! Yenə də bu ixtiranı edən adamı söyəcəklər. Necə ki, indi söyürlər… Adam var BMW sürür, Çexiya unitazına şey, zad edir, LG kondisionerində qırılmış qabırğalarını isidir, Samsung televizorunda seksə baxır, mobil telefonundan internetə girir… Amma bu ixtiraları edən xalqların doğanına, əkəninə, anasına, BAYISINA söyür! Lap bizim qonşu kimi…

Bu söhbət ağır söhbətdir! Belə söhbətlərə görə adamın anasını ağladarlar! Nəsə… Kafir Bayramınız da mübarək! İmam Hüseyn üçün zəncir vuranlar, sabah uşaqlarını yolka bayramına aparacaqlar! Yaxşı olacaq!

***

Çox sağ olsun prezident. Ölkədə stabillik yaratdı və inkişaf etdirdi! Yoxsa biz indi bu yazını da yaza bilməzdik! Çox sağ olsunlar, şəhərdə yolka da qurublar! Yoxsa saqqallı qızlar harda şəkil çəkdirərdilər? Allah haqqı!

Rusiya, Amerika,Azərbaycan və Bəxtiyar Sadıqov…

Dekabr 30, 2010

Bu gün səhər rəsmi Azərbaycan qəzetində Amerikanın əleyhinə yazılmış maraqlı bir yazı dərc edilib.  Yazıdan sonra Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov MediaForuma müsahibə verib. Bildirib ki, amerikayla bağlı yazını özü şəxsən yazıb.

Bəxtiyar Sadıqovu müsahibəsindən, yazısından tanıyanlar bilirlər ki, Sadıqov anti Amerika yazısı yazmağa intelektual potensialı, savadı olmayan bir adamdır. Azərbaycan qəzetində çıxan yazını yazmaq üçün Amerika tarixi barədə cild- cild dərsliklər oxumaq lazımdır, tarixi bilmək lazımdır. Bəxtiyar Sadıqov isə Azərbaycanın yaxın tarixini belə yaxşı bilmir.

Azərbaycan qəzetində çap edilən bu yazı həqiqətən bir dərslikdir. Anti Amerika dərsliyi. Bu yazıdan təmiz rus iyi gəlir.

Eyni yazı axşam saatlarında 1News xəbər saytında rus dilində dərc olunub.  1News Prezident Aparatının güzgüsüdür. Əminəm ki, Azərbaycan bu yazını yazacaq şəxslər yoxdur. Həqiqətən bu yazını yazmaq üçün Amerika tarixini çox yaxşı bilmək lazımdır.

Ehtimal edirəm ki, bu yazı Rusiya diplomatları tərəfindən hazırlanıb və Azərbaycan tərəfinə ötürülüb. Yazının orginalı elə rusca olub. Sonra bunu tərcümə edib, Azərbaycan qəzetində çap ediblər.

Məncə yazını siz də oxusanız bunu hiss edəcəksiz.

Fərq…

Dekabr 30, 2010

Dindarlar bir kitaba inanırlar. Ateistlər isə yüzlərlə kitaba şübhə edirlər.

Postcard for new year

Dekabr 29, 2010

Balaca Amerika barədə…

Dekabr 28, 2010

 

Dostlar mən 2 dəfə Amerikada olmuşam. 10-15 ştatda gəzmişəm. 2-3 ştatda da səhərdən axşama kimi it kimi sülənmişəm. Bəzi ştatlarda gəzmədiyim küçə, dalan qalmayıb. Səməd Vurğunçik demiş: “Çox keçmişəm bu dağlardan, Durna gözlü bulaqlardan. Eşitmişəm uzaqlardan…”

Dostlar bizim qonşuluqdakı azad ölkə olan Gürcüstanda da dəfələrlə olmuşam. Məncə azad və qürurlu vətəndaş cəmiyyəti, insan azadlığı, saat kimi çalışan idarəetmə sistemi, rüşvətsiz polis sistemi görmək isrəyirsinizsə mütləq və mütləq Gürcüstanda olmalısınız. Gürcüstan artıq balaca Amerika ştatıdır. Gürcüstanda olanlar çox rahatlıqla və əminliklə balaca Amerikada olduqlarını deyə bilərlər! Bütün bunları gürcü höküməti öz xalqı üçün edib.

Azərbaycan isə 200 il Gürcüstandan geridə qalıb. Bu öz yerində… Bizdə 100 il keçid dövrü, bazar iqtisadiyyatı oldu. 100 il də Lazımın gəlməyini gözlədik! Biz gözdədiyimiz vaxtlarda kasıb gürcülər öz demokratiyalarını qurdular! Gürcüstan höküməti demokratiya quranda bizim hökümət uğursuz nəqliyyat sistemi qurmağa cəhd etdi. Sonra Hacıbalanın suluqəlyana oxşayan fontanlarını xalqa soxuşdurdular. Sonra onlarla uğursuz proyektlər… Və nələr, nələr…

Azərbaycanda milyonlarla neft pulları var. Amma bu pullar insanları xoşbəxt etmir. Çünki hər şeyi pul həll etmir! Şəhərdə 1-2 dənə qotur lüstr- müstr sallayıblar elə bilirlər ki, insanlar xoşbəxtdir. Qulağımızın dibində gürcülər demokratiya qururlar, bizimkilər də qotur lüstr- müstr qururlar…

Mentalitet çaqqallarına…

Dekabr 18, 2010

Dünyada ən böyük səhvlərdən birini edəcəkdim. Amma bu baş tutmadı. 3-4 gün əvvəl internet saytlarda maraqlı bir xəbər var idi. Bu xəbər mentalitetdən, əxlaqdan danışanların başına çırpılmalı, gözlərinə soxulmalı bir xəbərdir. Deməli, Ağstafada 28 yaşlı gənc 77 yaşlı qoca nənəni zorlayıb.

Mentalitet çaqqalları Avropanı, Qərbi belə oğraşlıqda ittiham edirlər. Amma ağızlarının içində baş verən əxlaqsızlığa, həyasızlığa göz yumurlar., danışmırlar. Tərbiyəsiz, əxlaqsız adam Avropada da yaşayır, Mozambikdə də, Kosta Rikada da. Bizim Azərbaycada da. Amma Azərbaycanda belə hadisələrin gizlədilməsi, Qərbin isə əxlaqsız, tərbiyəsiz olduğunu gözümüzə soxmaqları adamı yandırır. Belə olanda mentalitetdən danışan cındırları axtarıram ki, üzlərinə tüpürüm! Avropada əgər bir insan əxlaqsızlıq edirsə onu bütün Avropa dəyərlərinin üstünə yıxmağa dəyməz. Azərbaycanda isə mentalitet hər cür oğraşlığa pərdə çəkməyə yardım edir!

WordPress buradan tüpürmək üçün pəncərə qura yaratsaydı, burdan saxta mentaliteti cəmiyyətimizə sırayanların üzünə tüpürərdim!

Ölüm olsun Misirə!

Dekabr 17, 2010

Dünən Cəlilabadda Aşura mərasimi keçirilib. Videodan göründüyü kimi mərasim xeyli gur keçib. Mərasimdə Təhsil Naziri Misir Mərdanova ölüm şüarları da səsləndirilib. “Misir Kafir” kimi şüarlar səsləndirilib.

Nardarandan bir foto

Dekabr 17, 2010

Nardaranda aksiyadan sonra. İl: 2009. Foto: Turkhan

Alma qəzeti və hicab problemi barədə…

Dekabr 14, 2010

Alma qəzetində Məhəmməd Peyğəmbərlə bağlı Turan Dursunun tərcümələri çap edilirdi. Məhz buna görə qəzet qapadıldı. Bütün hallarda qəzetin bağlanması mənfi haldır. Amma mən həmin yazıya görə ALMA qəzetinə haqq qazandırmıram. Bütün hallarda qəzetdə təhqirə yol verilməməlidir. Sözüm bu deyil. Alma qəzetiylə, Dalğa GH-yla bağlı dindarlar bir neçə videomüraciət yaydılar, bildirdilər ki, bir şəxs çıxıb ALMA qəzetinin əməkdaşına Turan Dursunun taleyini (Turan Dursun, 4 sentyabr 1990-cı ildə, İstanbulda evindən çıxıb işə gedərkən üzləşdiyi bir silahlı hücum nəticəsində öldürülmüşdü) yaşatmalıdır. Qəzet yazıya görə, üzr istəmişdi. Amma təhdidlər, videomüraciətlər, e-maillər davam edirdi…

İndi keçək yenidən hicab probleminə… Bu problemdə konkret olaraq heç bir videomüraciət görmədik. ALMAçıları təhdid edənlər niyə yoxa çıxdılar? ALMAçıların telefonuna dəfələrlə zənglər gəlirdi,onları təhdid edirdilər. Amma hicab məsələsinə gələndə, danışmağa, söz deməyə, videomüraciət etməyə bir adam yoxdur. Hicabla bağlı ancaq və ancaq Təhsil Nazirliyi qarşısında aksiyadan başqa bir şey görmədik. Nə isə…

Hicab problemini necə həll etsinlər?

Hicab məsələsinə görə, etiraz aksiyası, mitinq etməyə dəyməz. Aksiya etmək lazımdır. Amma hakimiyyət bundan öz xeyrinə istifadə edir. Cəmiyyətə İslam İnqilabı adı altında informasiyalar ötürür… Dindarlar problemi sivil yolla həll etmək istəyirlərsə, Türkiyə prezidentinə, baş nazirinə müraicət etməlidirlər. Bu mütləq effekt verəcək. Əgər istəyirlərsə… Türk qəzetləri yazacaq, televiziya kanalları göstərəcək. Dindarlar bir az da davamlı iş görsələr bu problemə Ərdoğan özü qatışacaq, problemi həll edəcək. Hicab problemindən əziyyət çəkən hər bir şəxs bu müracitə qoşulsa, problem aradan qalxacaq!

Mən hicab probleminin aradan qalxmasına və cəmiyyətin digər problemlərinə fokuslanmasının tərafdarıyam!

Amneziya barədə…

Dekabr 14, 2010

Dünən Vətən kinoteatrda stolüstü tenisdən sonra Əli Əkbərin Amneziya romanından bir- iki parça oxudum… Kitabı oxudum ki, tərim soyusun… Amma daha də tərlədim. Dəhşət kitabdır. Kitabı bir az oxuduqdan sonra tez- tez üzqabığına çevirib baxdım. Gözlərimə, oxuduqlarıma inanmırdım. Kitabı 4 manata Əli və Nino kitab evindən almışam… Kitabı Siz də mütləq oxuyun…

Əli Əkbərin Amneziya kitabının üzqabığı. Mənbə: Google

Hicabla bağlı aksiyadan çəkdiyim fotolar

Dekabr 11, 2010

Həmin gün işləmək çox çətin oldu. Bir tərəfdən dindarlar, bir tərəfdən polis… və maşın yolunun ortasında çəkiliş aparmaq. Aksiyada qarşımda bir butulka düşdü. Yaxşı ki, başıma dəymədi. Sonra bir dəmir parçası gözümün qabağından keçib, yerə dəydi. Aksiyadan istədiyim fotoları çəkə bilmədim. Çəkilişdən sonra düşündüm: Orxan düz deyir, mən bacardığımdan az iş görürəm.

Azadlıq Radiosunda, YahooNews1,YahooNews2, TheStar, Lexpress, PressIr, Reuters, RadioLiberty, GazetaRU 🙂

Azərbaycanda islam təhlükəsi varmı?

Dekabr 11, 2010

Mən inanmıram ki, Azərbaycanda İslam inqilabı ola bilər. Son zamanlar forumlarda, sosial şəbəkələrdə, cəmiyyətdə bu barədə müzakirələr edilir. Amma bu mümkünsüzdür. Azərbaycanda İslam inqilabını edə biləcək bir nüfuzlu lider yoxdur. Lidersiz bu mümkünsüzdür. Azərbaycanda islamın sosial bazası  da yoxdur. Demək olar ki, Azərbaycanda siyasi müxalifət qismən sıradan çıxarıb. Müxalifətin parlamentdə bir kreslo belə qaza bilmədyinindən sonra, hakimiyyət siyasət söhbətini bağlamağa qərar verib. Əvəzində qərbə İSLAMÇILARın qızışmasını nümayiş etdirir. Qəsdən ortaya inqilab söz- söhbəti salırlar.  Düzdür, bu qorxuludur. Amma heç də real deyil. Hicabla bağlı etiraz aksiyasında Azərbaycan islamçısı onu dəyənəklə vuran polisə “Hamımız azərbaycanlıyıq…” deyirsə sizcə hansı ciddi təhlükədən danışmaq olar?

İslam və azərbaycançılıq başqa- başqa şeylərdir.

Azərbaycan İran deyil, heç Türkiyə də deyil. Burada İslamı ciddi təhlükə hesab etməyə dəyməz.  Əgər biz -Çayxana diplomatları- başa düşürüksə, İlham Əliyevin komandası Qərbə  İslamçıları fəallaşdırmaqla Azərbaycanda İslam təhlükəsini nümayiş etdirir. Özünü də dünyəvi, balanslaşdırılmış olduğunu deyərək hakimiyyəti saxlamağa cəht edirsə, bunu Qərb də çox asan başa düşür və anlayır.

Hökümətin qərbin nəzərinə çatdırmaq istədiyi məhşur ssenari belədir: Azərbaycanda siyasi müxalifət sıradan çıxıb. Bunun əvəzinə İslamçılar güclənirlər.Hökümətə gəlib, neftə yiyələnəcəklər, molla rejimi quracaqlar. İran modeli. Qərbə başa salmağa çalışırlar ki, QOYMAQ olmaz! Siyasi müxalifətin olmadığı yerdə indiki hökümət ən yaxşısıdır, əməkdaşlıq edin!

Əgər biz bu ssenarini biliriksə, sizcə qərb bunu bilmir? Seçkidən dərhal sonra da hicab məsələsini ortaya atmaq, dindarları qəsdən qızışdırmaq bu ssenarinin tərkib hissəsidir.

Hökümət tolerantlıqdan, dözümlülükdən, insan haqlarından, dini azadlıqlardan, din nümayəndələrinin sevgiylə birlikdə sakitcə yaşamasından danışırdı. Hanı bunlar?

Və xırda qeyd: Mən inanclı VƏTƏNDAŞlara hörmətlə, dözümlə yanaşıram. O zamana kimi ki, onlar mənim azadlığımı, düşüncələrimi, fikirlərimi məhdudlaşdırmayacaqlar, mənə basqı etməyəcəklər.

Eynullanın azadlığı barədə…

Dekabr 9, 2010

Əsas insanın azad, azad düşüncəli olmasıdır. Həbs zad boş- boş şeylərdir. Nelson Mandela 30 il həbsdə yatıb, sonra CAR-ın prezidenti olub. Azərbaycanda insanları sındırmaq çox asandır. Bunun üçün bütün şəraitlər, imkanlar, vasitələr var. 2 manata üzəduran müəllimlər də bir sürüdür. Şər atan vicdansızlar da nə qədər istəsən! Eynullanın üstünə çox getdilər. “Cibindən nəşə də tapdılar!”, hamamşik də tapıb üzünə qoydular. Həbsdə ola- ola dəfələrlə cinayət işi açdılar. Əsas məqsəd Eynullanı sındırmaq idi. Amma nail ola bilmədilər! Eynulla bir daha sübüt etdi ki, şər, yalan, böhtan, şərəfsizlik, cındırlıq və qəhbəliyə qalib gəlmək mümkündür! Əsas həqiqətdir! Artıq Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanı Eynulla Fətullayevi azad etməyə çağırıb!

Hökümətin başqa yolu yoxdur! Fətullayev azad edilməlidir! Mənim Hüseyn Cavidə  hörmətim var. Amma Eynulla Fətullayevə olan hörmətim daha çoxdur. Biri var keçmişlə qürurlanasan, biri də var nəfəs aldığın, yaşadığın, hiss etdiyin bu günlə… Eynulla bu gündür! Bu gün 37-ci ilin repressiyasından danışmaq, Sovetləri söymək asan və qorxusuzdur! Çoxları bunu əxlaqsızcasına edir… Ən cəsarətli və əsas iş bu gündən danışmaqdır, yazmaqdır!

Öpeyrəm… Soyuqdan çatlamış dodaqlarınızdan!

Macəra dolu Amerika (Merlin Monro haqqında)

Dekabr 8, 2010

Merlin Manroyla bağlı bu maraqlı faktı internet saytlarının birisində oxumuşdum. Bir neçə gün öncə Eksperss qəzetində Adil Mirseyidin bu yazısını sevə- sevə yenidən oxudum. Çox maraqlı yazıdır…

Hollivudun seks simvolu Merilin Monro 1962-ci il avqustun 5-də yatağında ölü bulundu. Onun qanında aşkar olunan xloralhidrat və nembutal maddələrinin miqdarı on adamın ölümünə səbəb olacaq dozadaymış. Los-Ancelos dairə məhkəməsi Monronun depression vəziyyətdə özünə qəsd etdiyini təsdiqlədi. Amma bu ölümün intihar olmadığına inanmayanlar vardı, çünki bu müəmmalı intihar olayının ip ucları bir-biriylə uzlaşmır. Əvvəla onu deyim ki, polis hadisə yerinə olaydan altı saat sonra çağırılıb, polisdən öncə Monronun agenti hadisə yerinə gəlmişdi. Polis gəlib çıxana qədər Hollivud ulduzunun cəsədi yatağa uzadılmışdı, yataq yığışdırılmışdı, dərman şüşələri səliqə ilə düzülmüşdü. Monronun gündəlikləri və qeyd dəftərçələri yoxa çıxmışdı.


%d bloqqer bunu bəyənir: