Mən McDonalds’a niyə getmirəm?

McDonalds. Bakı. Nizami küçəsi. Mənbə: Azer.com

McDonalds. Bakı. Nizami küçəsi. Mənbə: Azer.com

McDonalds Azərbaycanda ən saxta adamların toplaşdığı məkandır. Bakının ən mənasız, axmaq adamları qəstum- pencək geyib, duxulanıb, McDonaldsa gedən varlıqlardır. Zövqsüz bakılılar McDonaldsı elit məkan hesab edirlər. 18 yaşlı muğamata qulaq asan varlı qoca gənclər öz arvadlarıyla tez-tez McDonaldsda görüşüb, Eminemin replərinə qulaq asa- asa yemək yeyib, kola içirlər.

McDonalds’ın tualeti daha keyfiyyətlidir nəinki  ora gələn varlıqlar.  Nizami metrosu tərəfdə peraşki butkasından peraşki alıb yeyən insanlar daha səmimidir, daha təmizdir, daha safdır.

McDonaldsda Mig mac menyunu gözünə təpən, kofesindən içib, ketçupunu evinə daşayan varlıqlar hər zaman qərbi, qərb dəyərlərini söyüblər. Hər zaman Sandwich, cheeseburgeri gözünə soxanlar dolmadan, aşdan, bozbaşdan söhbət düşəndə mentalitet antivirusu işə salıblar.

Qərb ölkələrində BOMJlar, dilənçilər və sadə kasıblar McDonaldsda qidalanırlar. Amma Azərbaycanda McDonaldsa ən zəngin, ən varlı, özünü elita hesab edən varlıqlar uzunburun ayaqqabılar geyinib gəlirlər.

Bu geridəqalmış balqabaqbaşlar özlərini McDonaldsda müasir, səviyyəli hesab edirlər. Amma bu belə deyil axı… McDonaldsa gedib gəlmək müasirlik göstəricisi deyil.

Advertisements

5 Cavab to “Mən McDonalds’a niyə getmirəm?”

  1. AliResh Says:

    Mc Donalds tez bazar yemek uchundur daha chox ishguzar adalar uchun nezerde tutulub 🙂 Bizde ise ailevi istirahet yeridir 🙂 bir hefte bir ay qabaqcadan sozleshir hazirlashirlar ki Mc Donaldsa getsinler 😀 (Obyectiv sebebleri olsa sa subyektiv daha choxdur )

  2. Action Meinhof Says:

    “Makdonaldz”a mənim getməmək səbəblərim isə tamam başqadır, amma yuxarıda dediyin amillər də əsas rollardan birini oynayır. Orada yeməli görsənən zibili yeməkdənsə, həmin pula normal bir qida almaq olar. Həmin qidaların zərərləri barədə iki yazım var bloqumda, oxuyandan sonra adamın qusmağı gəlir.

  3. Ulvi Telmansoy Says:

    Tələbkar müştərilər McDonald’s və buna bənzər zəhərli fast-food təklif edən məkanlardan çoxdan imtina ediblər. Bakıdakıların əksəriyyəti yəqin McDonald’s fast-foodlarının zərərlərindən xəbərsizdirlər. Ya da belə şeylərə etinasız.

  4. Elchin Says:

    “Qərb ölkələrində BOMJlar, dilənçilər və sadə kasıblar McDonaldsda qidalanırlar”

    Da o qeder de yox da 🙂 Orta-klass adamlar da ora gedir, ve ushaglar da chox sevir orani, en azi yashadigim almaniya haqqinda deye bilerem bunu.

  5. Noe Says:

    Men de gozledim ki siyasi duruğunu yazacaqsan. Gel gör ki cox uzaqdasan o duruşdan.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: