Heyvanlar və jurnalistlər


Bir müddət öncə Qəbələdə, Şamaxıda yerləşən istirahət mərkəzlərində qəfəslərdə saxlanılan “Coca-Cola” içən ayılardan demək olar ki, dünyanın aparıcı qəzetləri xəbər (http://www.azadliq.org/content/article/2209422.html) yazdı. Bu məsələ bir az ictimailəşəndən sonra məhkəmənin qərarı olmadan həbsdə saxlanılan heyvanlar azadlığa buraxıldılar. İndi heyvanlar ana təbiətin qoynunda azad, firavan həyatlarını yaşayırlar.

Heyvanların azadlığa çıxdığı bir cəmiyyətdə bir baş redaktor və iki blogger hələ də həbsdədir. Onları isə deyəsən azadlığa buraxmaq istəmirlər. Həbsdə olan jurnalistin və bloggerlərin məsələsi də bütün dünya mediyasında kifayət qədər işıqlandırılmışdır. Yerli və xarici jurnalist təşkilatları Azərbaycan hökümətini dəfələrlə Azərbaycanda həbsdə saxlanılan jurnalistlərin azadlığa buraxılmasına çağırış edib. Buna baxmayaraq jurnalistlər hələ də həbsdə saxlanılır.

Bu gün Ali Məhkəmənin Plenumunda jurnalist Eynulla Fətullayevin işinə baxıblar. Jurnalist azadlığa buraxılıb amma həbsdə qalıb.

Jurnalistlərin həbsdə saxlanması, heyvanların isə qəfəslərdən azad edilməsi görəsən nədən xəbər verir? Karikaturaçı Rəşid Şerif demişkən, əcəb epoxaya düşmüşük…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: