Archive for 26 Okt 2010

Porno film barədə qeyd…

Oktyabr 26, 2010

Dostlar… Dünən Lider TV vasitəsiylə səhərdən- axşama kimi porno filmin anonsu yayılıb. Anonsdan sonra Lider TV porno filmi efirə verib. Özü də saat 19.00-da. Porno videoda bir qəzet direkoru bir qadınla sekslə məşğul olarkən “çəkilib”. İnsanlar rahat şəkildə azad sekslə məşğul ola bilərlər. Burada heç bir əxlaqsızlıq, tərbiyəsizlik yoxdur. İnsan öz şəxsi həyatında nə istəyir edə bilər və buna heç kim qarışa bilməz! Əxlaqsızlıq, qəhbəlik kiminsə həyatına barmaq etməkdir, burun soxmaqdır!!!

Amma dünən Lider TV öz “əxlaq”ını ortaya qoydu. Qəzet direktorunun seks videosunu hardansa tapıb canlı efirdə yayımladılar. Beləliklə hər kəsin evində porno yayılmış oldu!!! Uşaqlı, qocalı evlərdə də porno kadrlarına baxanlar xeyli olub. Terror deyilən şey məhz budur, dostlar. Şəxsi insanın həyatına qarışmaq, onun yataqda nə etməsini canlı efir vasitəsiylə yayımlamaqdır, terror!!!

Mənim dindar dostlarım tez-tez mənə deyirdilər ki, Avropa, Amerikada əxlaqsız, tərbiyəsizlik baş alıb gedir. Homoseksuallıq, lezbianlıq zad… Amma dünyanın heç bir ölkəsində heç bir televiziya kanalı açıq porno görüntüləri yaymayıb! İllah da saat 19.00-da!!!
Ümumiyyətlə isə…
Sekslə məşğul olan utanmamalıdır! Seks olub, olacaq!
Qəhbəlik edənlər, insanların şəxsi həyatını güdənlər, onu çəkənlər və televiziyada yayımlayanlar utanmalıdır!
Rüşvət alan oğraşlar utanmalıdırlar!
Xalqın pulunu basıb yeyənlər utanmalıdırlar!
Qəhbəlik edənlər utanmalıdırlar!

Advertisements

%d bloqqer bunu bəyənir: