Archive for 17 Okt 2010

Qadın necə ata olur…

Oktyabr 17, 2010

İsbeysdə Etiraf adlı oğraşskiy bir verliş var. Qəribə tip insanlar gəlib efirdə gözünün bozbaşını axıdır. O gün bir müğənni öz həyat “dastan”ını danışırdı İsbeysdə. Deyirdi ki, uşaqlarımı atasız böyütmüşəm. Uşaqların həm atası olmuşam, həm də anası. Uşaq atasız olduğunu hiss etməyib.

Belə olacaq da… Ana bığ taxıb atalıq edəndə uşaq atasız olduğunu hiss etməz. “Nənəmin şeyi olsaydı baba deyərdim” xalqımızın dəyərli bir məsəli burda “LİKE” edilir…
Bu verlişdə xalqımıza məlum oldu ki, İsbeysdəki bu xanım əqrəb bürcündəndir.

Advertisements

İstanbulda tərsinə asılan Azərbaycan bayrağı (FOTO)

Oktyabr 17, 2010

İstanbul. Heydər Əliyev parkındakı Azərbaycan bayrağı


İstanbulda Heydər Əliyev adına küçədə yerləşən Heydər Əliyev parkında Azərbaycan bayrağı tərsinə aslınıb. Bu barədə blogumun oxucularından birisi məlumat verib. Oxucunun sözlərinə görə, park həm də baxımsız qalıb. Oxucu həm də parkda tərsinə aslıan bayrağın fotosunu da fakt kimi mənə göndərib… Məsələ ciddi məsələdir… Görək sonu necə olacaq…
İki ölkə arasında yenidən problem yaşanmasını heç istəməzdim! Amma bayrağın əyri asılmasına kimsə cavab verməlidir!


%d bloqqer bunu bəyənir: