Dünyanın ən böyük bayrağı Livandadır!!!


Azərbaycan höküməti 100 ildir bayraq meydanı zad tikirdi. Dünyanın ən böyük bayrağı Azərbaycanda olmalıydı… Atalar yaxşı deyib, sən saydığıvı say… Mən tualetə gedib, gəlirəm…. Nə isə… İndi Frans Press Agentliyi xəbər verir ki, dünyanın ən böyük bayrağı Livandadır. Bundan maraqlı, gülməli nə xəbər ola bilər? Bizim hər şeyimiz düzəlmişdi, qalmışdı bayraq dirəyimiz? Azərbaycan prezidenti, məmurları heç bayrağın düzgün rənglərini bilmirlər, amma dünyanın ən böyük bayrağını Azərbaycanda qaldırırlar! Bu nədir axı? Ölkənin rüşvət içində üzdüyü bir zamanda kimin nəyinə lazımdır “dünyanın ən böyük bayrağı” A? Mən sizdən soruşuram? A? Böyük bayraq Azərbaycana olan sevginin, məhəbbətin göstərici deyil!

Bu arada onu da yazım ki, böyüklüyü 65 000 kvadrat metr olan Livan milli bayrağı ölkənin şərqində aviabazada təqdim edilib. Artıq Ginnes Rekordlar Kitabı bu bayrağı öz siyahısına daxil etmək barədə düşünür. Livan ordusunun yaradılmasının 65-ci illiyinə həsr edilmiş bayraq barədə livanlı general General-mayor Shawqi Əl Masri bu bayrağın milli birliyin rəmzi adlandırıb.

Advertisements

4 Cavab to “Dünyanın ən böyük bayrağı Livandadır!!!”

  1. Fərhad Says:

    Bakıdakı bayraq böyüklüyünə görə deyil, ən uzun dirəkli olması ilə Qinnesə salınması planlaşdırıb (və ya salınıb). Yazmağımda məqsəd səhv məlumatlandırılmasının qarşısını almaqdır. Diqqətimi çəkən başqa bir məsələ isə, qeyd elədiyiniz xəbərdə yazıldığı kimi hazırda ən böyük bayraq rekordu Mərakeşin əlindədir. Ancaq üçüncü dünya ölkələri bu tip şeylərlə məşğuldur.

  2. Hunter Says:

    Azerbaycanin bayragi dunyanin en boyuk dalgalanan bayragidi!!!!! Basa dusmeyenler ucun havada olan bayraqdir. Livan onu havaya qaldirsin sonra danisarsiz.!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: