Archive for 11 Okt 2010

Dünyanın ən böyük bayrağı Livandadır!!!

Oktyabr 11, 2010


Azərbaycan höküməti 100 ildir bayraq meydanı zad tikirdi. Dünyanın ən böyük bayrağı Azərbaycanda olmalıydı… Atalar yaxşı deyib, sən saydığıvı say… Mən tualetə gedib, gəlirəm…. Nə isə… İndi Frans Press Agentliyi xəbər verir ki, dünyanın ən böyük bayrağı Livandadır. Bundan maraqlı, gülməli nə xəbər ola bilər? Bizim hər şeyimiz düzəlmişdi, qalmışdı bayraq dirəyimiz? Azərbaycan prezidenti, məmurları heç bayrağın düzgün rənglərini bilmirlər, amma dünyanın ən böyük bayrağını Azərbaycanda qaldırırlar! Bu nədir axı? Ölkənin rüşvət içində üzdüyü bir zamanda kimin nəyinə lazımdır “dünyanın ən böyük bayrağı” A? Mən sizdən soruşuram? A? Böyük bayraq Azərbaycana olan sevginin, məhəbbətin göstərici deyil!

Bu arada onu da yazım ki, böyüklüyü 65 000 kvadrat metr olan Livan milli bayrağı ölkənin şərqində aviabazada təqdim edilib. Artıq Ginnes Rekordlar Kitabı bu bayrağı öz siyahısına daxil etmək barədə düşünür. Livan ordusunun yaradılmasının 65-ci illiyinə həsr edilmiş bayraq barədə livanlı general General-mayor Shawqi Əl Masri bu bayrağın milli birliyin rəmzi adlandırıb.

Advertisements

%d bloqqer bunu bəyənir: