“Dalğa”-nın ofisinə polis niyə basqın etdi?

Rəsulzadə qadağası… alınmaz, cənablar

İlkin Əlisoy yazır…

Xəbəriniz də oldu da? Bugün formalı və formasız polislər, əməliyyatçılar Dalğa Gənclər Hərəkatının Yusif Məmmədəliyev 12 ünvanında yerləşən ofisinə hücum edib, bəzi fəallarımızı həbs edib, qalanlara hədə-qorxu gəlib. Bundan əlavə, ofis kimi işlətdiyimiz evin sahibinə ciddi təzyiqlər başlayıb ki, ofisi tərk edək.

2 gün əvvəl başlayan izləmələr bugün öz məntiqi nəticəsini verdi. Detallara varmayacam: sosial şəbəkələrdə və KİV-lərdə kifayət qədər işıqlandırılıb hadisə. Sadəcə onu deyim ki, bu miskin adamcıqlar yəqin ki indi 18-20 yaşlı Dalğaçıların əynindən Məhəmməd Əmin Rəsulzadənin şəkili olan köynəkləri çıxartmağa nail olduqlarıyla fəxr edirlər. Necə də düşük mənzərədir, eləmi? Bu insanlar indi özlərini kişi, dövlət xidmətçisi, səviyyəli adam, ailə başçısı sayır… Tüpürüm belələrinin üzünə! Kobudluğa görə oxucular bağışlayar.

Bunlara 1-2 sözüm var.

Siz qalib gəlməyəcəksiz. Siz artıq məğlubsunuz. Öz vahimənizlə, öz qorxaqlığınızla məğlubsunuz. Ona görə məğlubsunuz ki, siz fiziki gücə, agentlərinizə, işverənlərinizə, silaha, topa-tüfəngə sahibsiniz. Biz isə ideyaya. Sizin fiziki gücünüz tükənəcək, agentləriniz və işverənləriniz öləcək, silahınız və top-tüfənginiz pas verəcək. Bizim ideya isə, gözə görünməsə də, sizin imkanlarınızdan daha qüvvətlidir, çünki daha realdı. Ölməzdi. İdeya gülləkeçirməzdi.

Bugün köynəklərimizi əynimizdən çıxara bilərsiniz, onları cırıb yandıra bilərsiniz – sabah yeniləri olacaq. Daha da keyfiyyətli. Ofisimizi əlimizdən ala bilərsiniz – sabah yenisini tutacayıq. Daha da geniş və daha əlverişli məkanda. Rəsulzadəni, Elçibəyi və digər oğullarımızı sevməyə və onlara heykəl qoymaya bilərsiniz – sevgiləri dillərimizdə və əməllərimizdə, heykəlləri ürəklərimizdədi.

Sizdə heçnə alınmayacaq, cənablar. Barışın.

P.S. “Köynəkdən qorxan hakimiyyətim! Köynəyimdən deyil, öz sonundan qorx.” © Azadlıq Radiosunda, mövzuyla əlaqədar müzakirədə pronobis adlı istifadəçinin yazdıqları…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: