Nobel sülh mükafatına namizəd olan azərbaycanlı kimdir?

Hüquqmüdafiəçisi və jurnalist Nobel sülh mükafatına namizəd olubmuş


2010-cu il Nobel mükafatına məşhur Çin dissidenti və yazıçısı Lyu Syaobo “Çində əsas insan hüquqları uğrunda uzunmüddətli qeyri-zorakı mübarizəyə görə” layiq görülüb. Amma bu mükafata namizədlər sırasında azərbaycanlı Məlahət Nəsibova da olubmuş. Turan informasiya Agentliyinin 8 oktyabrda yaydığı xəbərə görə “Oktyabrın 8-də Norveçin paytaxtında Nobel sülh mükafatı laureatlarının adları açıqlanacaq. Bu il mükafata rekord sayda adam – 237 nəfər iddialı var. Onların sırasına ilk dəfə olaraq azərbaycanlı nümayəndə, Naxçıvandan hüquq müdafiəçisi və jurnalist Məlahət Nəsibova da daxil edilib.
Nobel komitəsinin rəhbəri Qeyr Lundestad etiraf edib ki, bu il mükafata iddiaçıların sayı olduqca çoxdur. Bura 38 təşkilatdan 199 nəfər – siyasətçilər, hüquq müdafiəçiləri, rok-müsiqiçilər, ictimai təşkilatlar, həmçinin Syerra-Leon üzrə tribunal daxildir.
Ekspertlərin fikrincə, bu il İnternetin “ataları” Vinton Serf, Tim Bernars-Li və Lorens Robertsin qələbə şansı çox böyükdür.
Nominantlar arasında uyğurların hüquqlarının müdafiəçisi Rəbiyə Kader də daxil olmaqla, Çindən altı hüquq müdafiəçisi var. MDB ölkələrindən nominantlara Rusiyanın “Memorial” cəmiyyətinin sədri Svetlana Qanuşkina rəhbərlik edir.
Məlumatlı mənbələrdən Turan-a bəlli olub ki, Məlahət Nəsibovanın namizədliyi Norveç təşkilatları tərəfindən siyahıya daxil edilib. 2009-cu ildə Nəsibova fəal hüquq müdafiə fəalyyətinə görə nüfuzlu Rafto mükafatına layiq görülüb.

3 Cavab to “Nobel sülh mükafatına namizəd olan azərbaycanlı kimdir?”

  1. MURAD Says:

    Bəs niyə bu nobel komitəsi heç soruşmur ki Məlahətə ayrılan qanorarları hansı işlər üçün xərclənib. O vəsaiti hər il ayırılıar ki biz burada QHT kimi fəaliyyətimizi ortaya qoyaq Məlahət istədiyini alsın deyə yox.

  2. Ülvi Says:

    Murad, konkret nəzərdə tutduğunuz fikrinizi ifadə edin görək nə demək istəyirsiniz?

  3. MURAD Says:

    ANLAYAN ANLADI ULVU QARDAŞ

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: