Saqqalı qırxılan dindarlar barədə…

Azadlıq radiosuna müsahibə verən dindarlar deyirlər ki, Zaqatalada onların saqqalları polis tərəfindən qırxılır. Bir vətəndaş kimi bu məni narahat edir. Bu necə ola bilər ki, polis vətəndaşın saqqalını qırxır? Güya biz tolerant olan ölkədə yaşayırıq! Mən dindarların saqqallarının polis tərəfindən qırxılmasına qarşıyam. Bu tərbiyəsizlikdir! Amma dindarların da cəmiyyətdə güclənməsinə qarşıyam. Çünki bu dünyəvi düşünənlər üçün təhlükədir. Dindarların əksəriyyəti azad düşüncəli olmadığından azad düşüncəli insana da qəribə baxırlar və onları özləri üçün təhlükə hesab edirlər. Ümumilikdə bu təhlükə qarşılıqlıdır. Deyərdim ki, dünyəvi düşüncəlilər dindarlarla hər zaman müzakirəyə hazırdılar. Amma dindarlar bu müzakirələrdən uzaq durmağı hər an üstün tuturlar.
***
Ötən illərdə də Zaqatalada belə hadisələr baş vermişdi. Zaqatalada xeyli dindarların saqqalları polis tərəfindən “zajiqalka”yla yandırılırdı. Polisə isə etdiyi işin məsuliyyətini heç kim başa salmırdı. Bax belə… Bu da polis dindar münasibətləri. Bu da hökümətin dindarlara “hörməti”
***
Keçən il “Bakı: İslam ölkələrinin paytaxtı” idi. Keçən il 2-3 məscidi də sökdülər.
***
Bir tərəfdən də mənə elə gəlir ki, bu hadisələrdə alan da razıdır, satan da. Allah xeyir versin!

Advertisements

Bir Cavab to “Saqqalı qırxılan dindarlar barədə…”

  1. econur Says:

    azadliqligi dunyaya islam dini getirib qardasim eger bilmek istesen, hem qadin azadligi ve huquqlarinida ilk islam dininde qorunub … ama dini darlara ne etsen azdir … dinzisin elinden imansiz geler …

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: