Ceyhun Osmanlının bioqrafiyasını oxuyarkən…

Səhərdən evdə sürətli inetnet tapmışam. Rahat internetdən istifadə edirdim. Qapı döyüldü. Açdım. Qonuşu idi. Deyir ki, liftdə ölü pişik var gəl götür at qırağa…
-Hm… Nə var?
-Ölü pişik.
-Mən niyə götürüm?
-Maman gələcək birazdan evə, liftdə pişiyi görüb qorxar.
-Mənim mamam pişikdən qorxmur.
-Onda pişiyi götür, görüb qorxarlar.
-Niyə məhz mən?
-Götür də… Nolacaq axı?
Pişiyi götürüb zibilliyə atdıq.
Bir neçə dəqiqə keçdi. Qapı yenidən döyüldü. Başqa qonşu idi. Deyir ki, bank kartımın balansına 400 dollar pul qoymuşam. İndi 200 dollar qalıb. 200 dollar da yoxa çıxıb. Dedim ki, gedib bankdan “History”ni alsın.

****
Deputatlığa namizəd Ceyhun Osmanlının da bioqrafiyasında yazıb ki, atası və anasının tələbkarlığına baxmayaraq məktəbə gedincəyədək 2 babanın və 2 nənənin sevimli nəvəsi kimi böyüyüb. Sonra həmin bioqrafiyada yazılıb ki, hansısa verliş isbeysdə canlı yayımlanıb. Sonra yenə də həmin bioqrafiyada yazıb ki, Oğlanları Yunis və Yaqubun fotoları indidən “facebook”-da məşhurdur. Ceyhun Osmanlının biografiyasında hər şey var. Bircə ordudakı hərbi xidməti barədə heç bir məlumat yoxdur. “Vatan Millət İreli” deyib, əsgərlikdə olmamaq buna deyirlər!

Təbrizdə məhşur imam cümə var idi. İran İraq müharibəsi zamanı insanları başına toplayıb “Gələn yığılaq, gedin müharibəyə” deyir.

Advertisements

2 Cavab to “Ceyhun Osmanlının bioqrafiyasını oxuyarkən…”

  1. Azer AydiN Says:

    Turxan, neyi var neyi yoxdur, hamisini qeyd edib deee ))) bele bir namizedi secmemek olmaz 😉

  2. Action Meinhof Says:

    Mənə çox maraqlıdır ki, adi kotlet xoşlayır, yoxsa Kiyev kotleti. Gərək bunu da qeyd edərdi…

    Turxan, allah varsa, səni güldürsün 😀

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: