Həbs edilmək təhlükəsi barədə…

Azərbaycanda həbs təhlükəsi hər kəs üçün var. Siyasi idarəetmə bərbad olduğundan Azərbaycanda hər kəs həbs edilə bilər. Sizlər də bunu yaxşı bilirsiniz. Çünki Siz də Azərbaycanda yaşayırsınız və bunun nə qədər real olduğunu bilirsiniz. Daha doğrusu hiss edirsiniz. Qurma ittihamlar, üzəduranlar saysızdır. Həqiqəti, düzü müdafiə edənlər isə azdır. Amma var! Bütün hallarda xırda həqiqət, nəhəng yalanı çökdürmək gücünə malikdir.

Bilmirəm nədəndir. 2-3 gündür yaxın dostlarımdan, tanışlarımdan həbs edilməklə bağlı fikirlər eşidirəm. Çoxları deyir ki, seçki yaxınlaşır. Kimlərsə həbs edilə bilər. Amma bu problem məni qəti narahat etmir. Əksinə gümlməyim gəlir… Mən həbsdən qorxmuram! Mən çalışdığım və bacardığım qədər həqiqəti yazmağı, danışmağı özümə borc bilirəm! Həqiqəti, həqiqəti deyənləri, yaşadanları da müdafiə etməyi özümə borc bilirəm. Çoxları kimi mən də qəhbə kimi susa bilmərəm! Amma susmuram🙂 Düzdür, susmayanlar üçün şərəfli Elmar Hüseynov nümunəsi var. Ağızdan güllələnmək. Amma etiraf edək ki, bu daha maraqlı və doğru seçimdir!

Həqiqətə gedən yolda həbs də ola bilər, ölüm də. İctimai siyasi fəaliyyətlə məşğul olan adamın dərslərindən birisi də həbs edilməkdir.

Ümumilikdə isə Azərbaycanda həbs horror filmlərdən gülməlidir.

Dədə Qorqud yaxşı deyib, prezident olmaq istəyirsənsə, ilk növbədə Nelson Mandela olmalısan🙂 Zirəlilər də yaxşı deyib, “I don’t care!”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: